Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü Eskişehirdə

13:44 30-04-2018 | icon 252 | Mədəniyyət
Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü Eskişehirdə

Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Versus.Az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Azərbaycan mədəniyyətini Türkiyənin tarixi şəhərlərindən biri olan və 2013-cü ildə türk dünyasının mədəniyyət paytaxtı olmuş Eskisehirdə tanıtmaq üçün Azərbaycan Mədəniyyəti Günü təşkil olunub.

 

Eskişehirin Dədə Qorqud parkında baş tutan tədbirdə Azərbaycanın tarixini, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünü, coğrafiyasını, mədəniyyətini, adət-ənənələrini, turizm imkanlarını əks etdirən stendlər qurulub. Həmin stendlərdə Azərbaycana aid suvenirlər, qədim əşyalar, kitab və jurnallar, Azərbaycan mətbəxinin nümunələri sərgilənib. Tədbir Azərbaycan musiqiləri ilə müşayiət olunub. Ziyarətçilərə Azərbaycan bayraqları hədiyyə olunub, təşkilatın musiqi qrupunun ifasında Azərbaycan rəqsləri göstərilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20117-ci il 16 may tarixində imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına uyğun olaraq, ölkədə və ölkə xaricində silsilə tədbirlər həyata keçirilir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması, Azərbaycanın dövlətçilik ənənələrinin təbliğ edilməsi ilə əlaqədar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən fotosərgilər, konfranslar, görüşlər və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

Bu məhkumlarla bağlı qanun dəyişir

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS