“Rüşvət alan deputatlarla yanaşı rüşvət verən tərəf də eyni məsuliyyəti daşıyır”

17:23 30-04-2018 | icon 232 | Siyasət
“Rüşvət alan deputatlarla yanaşı rüşvət verən tərəf də eyni məsuliyyəti daşıyır”

 

 

Azərbaycan Demokrat Partiyasının idarə heyəti (ADP) AŞPA-da Azərbaycanla bağlı korrusiya və rüşvət faktorlarının mövcudluğu, qurumun bəzi üzvlərinin rüşvət və digər vasitələrlə ələ alınması üçün edilən cəhdlər barədə səslənən bəyanatlara münasibət bildirib.

 

Bu barədə Versus.Az-a ADP-nin mətbuat katibi Nurəddin İsmayılov bildirib.

Verilən xəbərə görə, ADP idarə heyətinin məsələ ilə bağlı apardığı müzakirələrdə qeyd olunub ki, AŞPA-nın rüşvət alan deputatları ilə yanaşı rüşvət verən tərəfi də eyni məsuliyyət daşıyır:

 

“Məhz AŞPA deputatlarının təmsil olunduğu ölkələrdə rüşvətə meyl etməsinin nəticəsidir ki, Azərbaycan bu quruma daxil olduqdan sonra demokratik geriləmələr mərhələsinə daxil olub,  seçki qanunvericiliyindən tutmuş, söz, mətbuat, təkbaşına hakimiyyət qurulmasına xidmət edən konstitusiya dəyişikliklərinin edilməsi, siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması, Avropa Məhkəməsinin çıxardığı qərarların icrasız qalması, hakimiyyət bölgüsü, sərbəst toplaşmaq azadlıqlarının əngəllənməsi və bir sıra qanunlar barədə əsl geriləmələr baş verib”.

 

ADP İdarə Heyəti həmçinin AŞPA-da səslənən rüşvət ittihamlarına qarşı AŞPA-nın Azərbaycan təmsilçilərinin rəhbəri S.Seyidovun “mənə belə Avropa Şurası lazım deyil” çıxışına da əks münasibət bildirib:

 

“Bu quruma üzvülük kiminsə şəxsi iradəsi ilə deyil. Bu, Azərbaycan iqtidari ilə müxalifətinin birgə razılaşması əsasında baş verib. Hansı ittihamların səslənməsindən asılı olmayaraq Azərbaycan sona qədər bu qurumda təmsil olunmalı və ölkəmizin haqq səsini dünyaya çatdırmalıdır”.

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”