QƏNİRƏ PAŞAYEVA Qaraxanlı kənd sakinləri ilə də görüşdü - FOTO

19:58 29-01-2020 | icon 264 | Foto&Video
QƏNİRƏ PAŞAYEVA Qaraxanlı kənd sakinləri ilə də görüşdü - FOTO

Növbədənkənar parlament seçkilərinə 105 saylı Tovuz seçki dairəsindən namizəd Qənirə Paşayevanın seçicilərlə növbəti görüşü Qaraxanlı kəndində olub.

 

Versus.Az-ın məlumatına görə, seçicilərə 14 illik millət vəkili fəaliyyətindən də danışıb.

 

Qənirə Paşayeva rayonun böyük kəndlərindən biri olan Qaraxanlı kəndinin sakinləri ilə görüşüb. Sakinlərlə görüşdə Qənirə Paşayeva  ötən 14 illik deputat fəaliyyəti  və Azərbaycanın bölgədə, dünyada artan nüfuzu, bütün ölkədə, eləcə də 105 saylı seçki dairəsi ərazisində dövlət tərəfindən həyata keçirilmiş böyük işləri barədə  məlumat verib:

 

“14 illik deputat fəaliyyətim dövründə Tovuzda nə ailəm üçün biznes qurdum, nə də qohumlarımın yüksək vəzifələrə təyini xahişini etdim. Bu illər ərzində Tovuzda nə xahişim olubsa sizinlə, seçicilərimizlə bağlı olub və mən hər zaman əlimdən gəldiyi qədər sizin problemlərinizin həlli üçün imkanlar və səlahiyyətim daxilində əlimdən gələni etməyə çalışdım. Hər zaman sizin fikir və təkliflərinizi qanunların müzakirəsi zamanı səsləndirməyə çalışdım, ölkəmizin dünyada daha da geniş tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha da geniş yayılması istiqamətində dövlətimizin geniş fəaliyyətinə dəstək olmağa çalışdım”.

 

Tovuz rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələr barədə danışan Qənirə Paşayeva deyib:

 

“Bizim  hamımız üçün dövlətimizdən, onun müstəqilliyindən dəyərli heç nə ola bilməz. Bizim inkiafımız, ortaya çıxan problemlərimizin həlli dövlətimizin inkişafından keçir. İnkişaf isə sabitlikdən. Ona görə də ölkəmizin sabitliyi, inkişafı və ərazi bütövlüyümüzün bərpası üçün cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşərək daha da çox çalışmalıyıq.”

 

Son 14 il ərzində Tovuzluları narahat edən bir çox problemlərin, o cümlədən Qaraxanlı kəndini narahat edən problemlərin xeyli hissəsinin də öz həllini tapdığını söyləyən Q.Paşayeva həllini gözləyən problemlərin də qısa zamanda öz həllini tapacağına inandığını deyib. Qaraxanlının Tovuzun ən böyük kəndlərindən biri olduğunu vurğulayan Qənirə Paşayeva bildirib ki, 14 illik fəaliyyəti dövründə Qaraxanlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib. Kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları, bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.

 

Görüşdən sonra Q.Paşayeva kənd sakinlərinin istəyi ilə  vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər aparıb, sakinləri narahat edən problemlərin həll olunması istiqamətində müvafiq qurumlara müraciət edəcəyini deyib. Q.Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərlə yanaşı, seçki platformasından da danışıb, vətəndaşları maraqlandıran, narahat edən məsələlərlə bağlı bəzi sualları da cavablandırıb. Qənirə Paşayeva həmçinin kənddə yaşayan  fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və hər zaman yanınızdayıq deyib.

 

Seçicilər millət vəkili Qənirə Paşayevaya siz bizim dəstəyimizi öz fəaliyyətinizlə illər öncə qazanmısınız, bu dəstək davam edəcək və inanırıq ki, siz bundan sonra da hər zaman bizim səsimiz olacaqsınız deyərək uğurlar diləyiblər.

 

Q.Paşayeva həmçinin kəndi gəzərək bir sıra şəhid ailələri ilə də görüşüb və hər zaman yanızdayıq deyib.

Versus.Az

Xəbər lenti

MSK daha beş seçki məntəqəsində nəticələri etibarsız sayıb

"Baxış nəticəsində məlum olub ki, 16 protokol orijinal protokollarla eynilik təşkil edir"

İsmayıl Vəliyev Neftçala RİH başçısı vəzifəsindən azad edilib

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü olub

Bərdədə kollec direktoru və müavini rüşvətə görə tutulub

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 11 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

“Səslə bizi Xocalı! Cavanı, həm qocanı” - MUZEYDƏ TƏDBİR

Bu saxtakarlığın arxasında başqa hansı məmurlar var?

Sabahın hava proqnozu

Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək

Doktor Dulittlın heyrətamiz səyahəti filminin qapalı təqdimatı keçirildi

Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol xətti ilə axtarır

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər

Laçın və Kürdəmir sakinlərindən silah götürülüb

"Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü üçün iş aparılır"

Bakıda yerli məhsulların sərgisi keçirilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Tərtərin icra rəhbərliyi prezidentin sərəncamına niyə məhəl qoymur?

10 saylı Binəqədi 3-cü secki dairəsindən deputatlığa namizədlər BƏYANAT yaydı

64 il əvvəl -Şərqdə ilk televiziya 

Bakı Avropanın ən romantik şəhərləri reytinqində yer alıb

Prezident İlham Əliyevin Almaniyaya səfəri başlayıb

Dünyanın ən yaraşıqlı kişisi- Siyahı

Koronavirus: Bakıda 2 nəfər müalicə alır - Rəsmi

Mübariz Süleymanlı ömrünün 58-ci ilində

Əlabbas Məhərrəmlidən seçkilərin nəticələrinə etiraz

Hava şəraiti yollarda sürət həddini endirib

Bakı Şəhər İcra Hakimiyyətinə yeni mətbuat katibi təyin edilib

Çavuşoğlu və Lavrov Münhendə görüşəcəklər


Röya: “Brilliant məni qapıdan qovur” – VİDEO

Uşağın beynini gücləndirən qidaların – Siyahısı

Muzey əməkdaşları film çəkilişində iştirak ediblər