RAZİ NURULLAYEV qələbə qazansa seçiciləri qurban kəsəcəklər - FOTO

20:32 29-01-2020 | icon 202 | Foto&Video
RAZİ NURULLAYEV qələbə qazansa seçiciləri qurban kəsəcəklər - FOTO

Deputatlığa namizəd onlara bu diləklərindən dolayı təşəkkür etdi

 

"Bu günümü şəhid ailələrinə sərf etdim. Göbəktala kəndində Aprel döyüşlərində şəhid olmuş Nəcməddin Savalanovun məzarına baş çəkdim, sonra isə ailə üzvləri ilə görüşdüm. Həqiqətən bu şəhid qardaşımız qəhrəman olub, onun döyüş yolu, professional hərbi davranışı örnək olmalıdır. Şəhidimizin anası, qardaşları Elməddin və Pərvizlə, dayısı Cabirlə söhbət etdim. Gözəl bir ailədir".

 

Versus.Az xəbər verir ki, bunu Göbəktala kəndində şəhid məzarını ziyarət edən və şəhid ailəsinə baş şəkən növbədənkənar parlament seçkilərinə 79 saylı İmişli seçki dairəsindən namizəd Razi Nurullayev özünün "Facebook" hesabında yazıb.

 

Aprel döyüşlərində şəhid Cavid Dədəkişiyevin məzarını atası Gülbaba kişi ilə birliktə ziyarət edən deputatlığa namizəd deyir ki, ziyarət zamanı diqqətini məzar daşı üzərində yazılmış Azərbaycanın Milli Qəhrəmanı sözü çəkib:

 

"Atası deyir ki, Qafur Məmmədov İkinci Dünya müharibəsi zamanı təkbaşına düşmən pulemyotunu susdurub tapşırığı yerinə yetirmişdi. Sovet İttifaqı Qəhrəmanı adı alıb. Cavid də döyüş tapşırığını yerinə yetirib, düşmən postunu ələ keçirib və sona qədər saxlayıb. Bütün hərbi dəstəsi ilə şəhid düşüb. Bu ata böyüklərlə görüşüb oğlunun qəhrəmanlığını sübut etmək və layiq olduğu qiyməti almasını istəyir. Şəhid atasını Bakıda qəbul edib dinləmək vacibdir. Əsas narahatlığı şəhid övladının ad almasıdır".

 

Razi Nurullayev 1994-cü ildə itkin düşmüş şəhidimiz Bəhlul Əliyevin qardaşı Müseyib kişi ilə görüşüb. Çay süfrəsi ətrafında söhbət zamanı Müseyib kişi deyib ki, 9 fevral zəfərindən sonra bir qurban kəsəcək. Deputatlığa namizəd Müseyib kişiyə bu diləyindən dolayı təşəkkürünü ifadə edib.

 

R.Nurullayev Otuziki kəndində Mansır kişiyə də baş çəkib:

 

"Mansır kişi indi birinci qrup əlildir, amma buz baltası kimi kişi olub. Kəndlərdə işıq pulu toplayıb, amma hər kəsin hörmətini qazanıb. Dünya və daxili siyasəti siyasətçilərdən yaxşı bilir. Seçkidən sonra qəşəng süfrə açacağını dedi. Süfrədə həyətində becərdiyi hinduşka kababı da olacaq. Sağ ol Mansır kişi. Kişilik də bir nemətdir!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

HANI BU QANIN YİYƏSİ?!

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

Erməni hannibalizmi: Xocalıda azərbaycanlıların orqanları niyə çıxarılırdı?

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

Sabah Bakıda hava çiskin olacaq