QƏNİRƏ PAŞAYEVAnın növbəti görüşü Şəhid ailələri və veteranlarla oldu - FOTO

13:25 31-01-2020 | icon 305 | Foto&Video
QƏNİRƏ PAŞAYEVAnın növbəti görüşü Şəhid ailələri və veteranlarla oldu - FOTO

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva bir neçə kənddə görüşlərini davam etdirib. Əlibəyli, İbrahim Hacılı, Abulbəyli, Dönük Qırıqlı, Qovlar, Əlimərdanlı, Xatınlı, Bozalqanlı, Qaraxanlı, Əyyublu kəndlərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşən Qənirə Paşayeva onların qayğı və problemləri ilə maraqlanıb.

 

Versus.Az-ın məlumatına görə, Prezident İlham Əliyevin şəhid ailələri, müharibə əlilləri və veteranlarına məxsusi diqqət və qayğısının olduğunu vurğulayan Qənirə Paşayeva bu istiqamətdə atılan addımlardan danışıb.

 

Deputatlığa namizəd bildirib ki, Prezidentin şəhid ailələri ilə görüşü, onlara xüsusi diqqəti və daimi qayğısı bizim üçün bir nümunədir:

 

"Millət vəkili kimi hər zaman onlara diqqətlə və həssaslıqla yanaşdığımızı da yəqin ki, müşahidə etmisiniz. Şəhid ailələri və Qarabağ veteranları bizim üçün çox əzizdir”.

 

Qənirə Paşayeva qeyd edib ki, hamı Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına əmindir:

“O gün uzaqda deyil, inşallah, torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq”.

 

Q.Paşayeva həmçinin Milli Qəhrəman Qasım Rzayevin də ailəsi daxil olmaqla, hər bir şəhid ailəsi ilə ayrı-ayrılıqda görüşüb, onların qayğılarını dinləyib, onları maraqlandıran, narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

 

O, Tovuzda şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, böyüyən gənc nəsillərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması istiqamətində görülən işlər və nəzərdə tutulan lahiyələr barədə də danışıb. Q.Paşayeva deyib ki, qəhrəman şəhidlərimizi gənc nəsilərimizə daha yaxından tanıdılması istiqamətində işlər davam edəcək.

 

Görüş zamanı şəhid ailələri Qənirə Paşayevanın Milli Məclisdə şəhid ailələri, müharibə əlili və veteranlarını narahat edən məsələləri mütəmadi qaldırması, müvafiq qurumlarla müzakirə aparmasını izlədiklərini deyərək, bildiriblər ki, millət vəkillərini bu 14 il ərzində öz ailə üzvləri kimi daim yanlarında hiss ediblər.

 

“Bizim millət vəkilimiz sizsiniz və hər zaman yanınızdayıq” - deyən şəhid ailələri Qənirə Paşayevaya təkrar dəstək və etimad göstərəcəklərini vurğulayıblar.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

HANI BU QANIN YİYƏSİ?!

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

Sabah Bakıda hava çiskin olacaq

İrana gündəlik istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib