“Bu cür hesabatlar qurumun nüfuzuna xələl gətirir”

18:31 01-05-2018 | icon 383 | Siyasət
“Bu cür hesabatlar qurumun nüfuzuna xələl gətirir”

 

Nəzakət Məmmədova: “Azərbaycanı avropalı deputatların intriqalarına alət etmək bu quruma başucalığı gətirmir”

 

“Avropa Şurasının Azərbaycanı korrupsiyada ittiham etməsini ədalətsiz, qeyri-obyektiv, ikili standartların növbəti təzahürü hesab etmək olar”.

 

Bunu Versus.Az-a politoloq Nəzakət Məmmədova bildirib. O, hesabatın məhz indi yayılmasının bir neçə səbəbini qeyd edib:

 

“Azərbaycanda keçirilən prezident seçkilərində ATƏT-in məlum hesabatının ardından Avropa Şurasının bu cür mövqe nümayiş etdirəcəyi gözlənilən idi. Digər tərəfdən, Ermənistandakı hadisələrin də bu məsələyə təsiri böyükdür. Avropa Şurası bununla regiondakı Qərbyönümlü qüvvələrə xüsusilə mesaj göndərərək onların yanında olduğunu, Rusiya, Türkiyə və İranla normal münasibət saxlayan qüvvələrə qarşı olduğunu göstərmiş oldu.

 

Ermənistandakı hadisələrin cərəyan etdiyi indiki şəraitdə Azərbaycana olan təzyiqləri başqa cür izah etmək mümkün deyil. Eyni zamanda, Azərbaycan prezidentinin seçkilərdən sonra ilk səfərini məhz hazırda Qərblə gərgin münasibətləri olan Türkiyəyə etməsi, burada iki dövlət başçısı Əliyev və Ərdoğan arasında mühüm razılaşmaların imzalanması, Putinin etibarlı silahdaşı Narışkinin ölkəmizə səfəri, Azərbaycanın Çindən silah alması barədə danışıqlar təbii ki, regionu diqqətdə saxlayan Avropalıların narahatlığına səbəb olub”.

 

Politoloq bildirib ki, Azərbaycan heç bir qanun pozuntusuna yol verməyib:

 

“Avropadan gələn deputatlara beynəlxalq nəzakət, diplomatik protokol və etiket qaydaları çərçivəsində qonaqpərvərlik münasibəti göstərib. Bunu şişirdib korrupsiya, rüşvət kontekstində hallandırmaq doğrudan da çox cəfəng bir işdir. Avropa Şurasının məsuliyyət zonasına daxil olan ərazilərdə o qədər qlobal problemlər var ki, yaxşı olardı Avropa Şurası öz diqqətini bu məsələlərə yönəltsin. Azərbaycanı avropalı deputatların intriqalarına alət etmək Avropa Şurası kimi mötəbər bir quruma başucalığı gətirmir. Bu cür hesabatlar qurumun nüfuzuna yalnız xələl gətirir”

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi