Məmməd Əmin Rəsulzada - 136 - FOTO

14:38 31-01-2020 | icon 579 | Mədəniyyət
Məmməd Əmin Rəsulzada - 136 - FOTO

Məmməd Əmin Rəsulzadənin anadan olmasının 136-cı ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilir.

 

Versus.Az xəbər verir ki, yanvarın 30-da “Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyi” İctimai Qrupunun təşəbbüsü ilə “Məhəmməd Əmin Rəsulzadə irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” mövzusunda Beynəlxalq konfrans işə başlayıb.

 

Konfransdan əvvəl tədbir iştirakçıları tərəfindən Novxanı kəndində M.Ə.Rəsulzadənin heykəlinin önündə xatirəsi anıldı. Daha sonra konfransın açılış mərasimi Park İnn oteldə öz işinə başladı.

 

Dövlət Himni səsləndirildikdən sonra konfransı giriş sözü ilə t.ü.e.d., professor Solmaz Rüstəmova-Tohidi açdı, M.Ə.Rəsulzadənin həyat və yaradıçılığını yad etdi.

 

Beynəlxalq konfransda M.Ə.Rəsulzadənin irsi, həyat və yaradıcılığı ilə məşğul olan azərbaycanlı alimlərlə yanaşı Rusiyadan, Ukraynadan, Gürcüstandan, İrandan, Türkiyədən, Polşa və Almaniyadan gəlmiş tarixçilər də iştirak və çıxış edib. Konfransa gələ bilməyənlər iştirakçılarla videomüraciətlə əlaqə saxladılar.

 

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral konfransda M.Ə.Rəsulzadə haqqında möhtəşəm çıxış etdi. Konfransın birinci gününün sonunda t.ü.f.d., dosent Firdovsiyyə Əhmədova “Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyi” İctimai Qrupunun adından Muzeyin açılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət layihəsini səsləndirdi.

 

Bu gün konfrans AMEA Milli Azərbaycan Tarixi Muzeyində öz işinə davam etdi.

Dövlət Himninin səsləndirilməsindən sonra giriş sözü ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış etdi.

 

İştirakçıları salamladıqdan sonra qeyd etdi ki, bu gün Azərbaycan xalqının görkəmli vətənpərvər oğlu, ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin 136 ili tamam olur. M.Ə.Rəsulzadəni və silahdaşlarını Azərbaycanda, o cümlədən muzeyimizdə ehtiramla yad edirik. Onlar Azərbaycanda dövlətçilik ənənəsini dirçəldən böyük şəxsiyyətlərdir.

 

M.Ə.Rəsulzadədən əvvəl Babək "Bir il azad yaşamaq, qırx il qul kimi yaşamaqdan yaxşıdır" deyərək, bizi vətənpərvərliyə təşviq etmişdir.

Ümummilli lider Heydər Əliyev M.Ə.Rəsulzadəyə böyük dəyər vermiş, Ankaradakı məzarını ziyarət etmişdir. Prezident İlham Əliyev 2014-cü ildə M.Ə.Rəsulzadənin 130 illik yubileyinin və 2018-ci ildə AXC-nin 100 illiyinin keçirilməsi üçün sərəncamlar vermiş və icra olunmuşdur. M.Ə.Rəsulzadə daim Azərbaycanın var olacağına inanmış və "Bir kərə yüksələn bayraq bir daha enməz" demişdir. Sonra Nailə xanımın təklifi ilə M.Ə.Rəsulzadənin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra beynəlxalq konfrans müxtəlif çıxışlarla öz işinə davam etdi.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinin NƏTİCƏLƏRİ

Masallı və Biləsuvar rayonlarında Şəhid ailələri və məzarları ziyarət edilib

Hepatitlə bağlı hər kəsi maraqlandıran AÇIQLAMA

"“Kütləvi informasiya vasitələri haqqında” qanun YENİLƏNMƏLİDİR"

Daha iki qərar ləğv edildi

Məktəblərlə bağlı gözlənilməz AÇIQLAMA

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının NƏTİCƏLƏRİ

İki başlı uşaq doğuldu - FOTO

Bu gün Milli Musiqi Günüdür

DİM-dən abituriyentlərə XƏBƏRDARLIQ

Şəhadətin mübarək, ŞƏHİDİM

İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Qaraciyər xəstələri və hepatitlər üçün - ÜZÜMLƏ DETOKS

Müəllim şagirdi döyərək öldürdü