Qaçqınkomda daha bir kadr təyinatı

18:05 01-05-2018 | icon 372 | Gündəm
Qaçqınkomda daha bir kadr təyinatı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni kadr təyinatı olub.



Versus.Az-ın məlumatına görə, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb. Əmrə əsasən, İbrahim Mirzəyev qurumun Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru təyin edilib.



1980-cı il təvəllüdlü İbrahim Elman oğlu Mirzəyev əvəllər müxtəlif mətbuat orqanlarında, o cümlədən AzTv-də işləyib.



Qeyd edək ki, Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru Elçin Qədimov işdən çıxarılıb.

Xatırladaq ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."