Bu namizədlərə də rəsmi xəbərdarlıq edilib

19:02 31-01-2020 | icon 267 | Siyasət
Bu namizədlərə də rəsmi xəbərdarlıq edilib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənov və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edilib.

 

Versus.Az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Kəmaləddin Qafarovun səlahiyyətli nümayəndəsi MSK-ya müraciət edərək bildirib ki, Ülvi Həsənov və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynovu əvvəlcədən hazırlanmış adamlar vasitəsilə Kəmaləddin Qafarovun seçicilərlə görüşünə mane olmaq istəyiblər. Belə ki, həmin şəxslər əvvəlcədən hazırlanmış insanlar vasitəsilə Kəmaləddin Qafarova qarşı kampaniya aparıblar.

 

MSK-da müraciət araşdırılaraq, qeyd olunanların həqiqətə uyğun olması qənaətinə gəlinib. Müzakirələrdən sonra MSK Ülvi Həsənov və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edib.

 

Qeyd edək ki, Mehman Hüseynov həm də 31 saylı Suraxanı II Seçki dairəsindən deputatlığa namizəddir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

Bərdədə kollec direktoru və müavini rüşvətə görə tutulub

HANI BU QANIN YİYƏSİ?!

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 11 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər