Bu dəfə seçicilər danışdı, RƏŞAD MAHMUDOV dinlədi - FOTO

21:10 31-01-2020 | icon 305 | Foto&Video
Bu dəfə seçicilər danışdı, RƏŞAD MAHMUDOV dinlədi - FOTO

Dünya miqyaslı kardiocərrah Kijəbə qəsəbə sakinləri ilə görüşdü

 

Dünya miqyaslı kardiocərrah, növbədənkənar parlament seçkilərinə 77 saylı Astara seçki dairəsindən namizəd Rəşad Mahmudovun seçicilərlə görüşü davam edir.

 

Versus.Az-ın məlumatına görə, deputatlığa namizədin Kijəbə qəsəbəsindəki görüşündə əsl izdiham yaşanıb.

 

Tədbirdə çıxış edən qəsəbə sakinləri, arzu və istəklərini dilə gətirməklə yanaşı, ümummilli lider Heydər Əliyev dönəmindən bu günə qədər qəsəbədə görülən işlərə, vətəndaşlara göstərilən qayğıya da diqqət çəkiblər.

 

Sakinlər vurğulayıb ki, prezident İlham Əliyevin ölkəmizdə apardığı abadlıq və quruculuq işi özünü doğma qəsəbələrində də hiss etdirir və bu proses insanların yaşam şəraitini, gündəlik həyatlarını daha da asanlaşdırır.

 

Özünün "Facebook" hesabında bugünkü görüşlə bağlı təəssüratlarını bölüşən Rışad Mahmudov, vətəndaşlara təşəkkür və minnətdarlığını ifadə edib:

“Kijəbə qəsəbəsində seçicilərimlə izdihamlı görüşümüz oldu. Qəsəbə sakinləri Ulu Öndər Heydər Əliyevin qəsəbəyə 6 dəfə səfər edərək xüsusi diqqət göstərməsindən və cənab Prezidentimiz İlham Əliyevin də yüksək qayğısından qürurla söz açdılar. Bu seçkidə də ölkə başçısının yanında olmaqla, lideri olduğu YAP namizədini dəstəkləyəcəklərini birmənalı olaraq vurğuladılar".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

10 saylı Binəqədi 3-cü secki dairəsindən deputatlığa namizədlər BƏYANAT yaydı

"Bəzi dairələr buraxılacaq"

Çində koronavirusa yoluxanların sayı 68,5 minə çatıb

Münhendə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-müzakirələr keçirilib- VİDEO

Bakı milyonçusunun “Quran” oxuya bilməyən qızının taleyi necə dəyişdi? - FOTO

Mayk Tayson Uaylder – Fyuri görüşünün promoçarxını təqdim etdi - VİDEO

5 ölkə İrandan təcili kompensasiya ödəməyi tələb edib

Azərbaycanı təmsil edən idmançı Avropanın ən yaxşısı seçildi - FOTO

“Milyon da təklif etsələr, toyda aparıcılıq etmərəm”

Gürcüstanda rusiyalı turistlər qar uçqunu altında qalıb

Gəncədə şəhidimizin dəfn mərasimi keçirilir - FOTO - VİDEO - YENİLƏNİR

“57 saylı dairənin məntəqələrində baş verən seçki saxtakalığının ədalətli araşdırılmasını istəyirik” - VİDEO

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

Bakı Sumqayıt şossesində yol qəzası baş verib

 Qalib namizədlər  fəaliyyət planlarını açıqladı