Azərbaycan 9 deyil, 3 iqlim qurşağında yerləşirmiş

10:40 01-02-2020 | icon 309 | Cəmiyyət
Azərbaycan 9 deyil, 3 iqlim qurşağında yerləşirmiş

Bəzi mənbələrdə Azərbaycanda 9 iqlim qurşağının olduğu yazılır. Amma əslində, Azərbaycan ərazisi 3 iqlim qurşağında yerləşir.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

 

Onun sözlərinə görə, Azərbaycan ərazisinin 65 faizi subtropik, 32 faizi mülayim, 3 faizi isə soyuq iqlim qurşağına aiddir.

 

M.Həsənov qeyd edib ki, Azərbaycandakı 3 iqlim qurşağının daxilində 8 iqlim tipi var. Bunlar yarımsəhra və quru çöl iqlimi, qışı quraq keçən mülayim-isti iqlim, yayı quraq keçən mülayim-isti iqlim, qışı quraq keçən soyuq iqlim, yayı quraq keçən soyuq iqlim, yağıntısı bərabər paylanan mülayim-isti iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və dağlıq tundra iqlimidir.

 

Alim qeyd edib ki, bəzən mövcud iqlim qurşağının sayı ilə yanaşı, iqlim tiplərinin sayı barədə də səhv fikirlər yazılır:

"Əslində ölkəmizdəki yarımsəhra və quru çöl iqlim tipi iki yerə (qışı soyuq, yayı isti, quraq keçən yarımsəhra və quru çöl və qışı mülayim, yayı isti, quraq keçən yarımsıhra və quru çöl) bölünür. Onların hər biri ayrıca iqlim tipi kimi qəbul edilir və beləliklə də yanlış olaraq, ölkəmizdə 9 iqlim tipinin olduğunu söyləyirlər".

 

Birinci yarımtip Naxçıvan MR-nın Arazboyu maili düzənliklərində, ikinci yarımtip isə Kür-Araz ovalığı, Qobustan, Ceyrançöl, Samur-Dəvəçi ovalığı və s. yerlərdə müşahidə edilir. M.Həsənov qeyd edib ki, iqlim tiplərinin sayı ilə bağlı yaranmış səhv fikir artıq bəzi mənbələrdən qaldırılır.

 

Alim kurrikulum əsasında hazırlanan yeni dərsliklərdə də iqlim tiplərinin sayının artıq 9 deyil, 8 göstərildiyini açıqlayıb. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə əməldə millət vəkili oldu

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

Bunların koronavirus qorxusu yoxdur: QADAĞALAR GÖZARDINA ALINIR - VİDEO

Hakerlər insanları ianə adı ilə aldatmağa çalışır - FOTO

“Təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək..."

Mayası haqdan yoğrulmuş hikmət şairi

İntensiv yağış yağacaq

Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlanıb

Koronavirus analizi belə götürülür

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dezinfeksiya işləri aparılıb

Keçmiş icra başçısı prorektor təyin edilib

"Bütün itirdiklərimə rəğmən son nəfəsimi orada vermək və torpağıma qovuşmaq üçün...dönüm" - MÜSAHİBƏ

UEFA Avropa çempionatlarını bir il sonraya keçirib

Filippin Prezidenti polislərə karantin rejimini pozanları güllələmək əmri verib

Falkao “Qalatasaray”dan gedir