QƏNİRƏ PAŞAYEVA Əlibəyli kəndində şəhid ailələri və müharibə əlillərini ziyarət edib - FOTO

14:28 01-02-2020 | icon 328 | Foto&Video
QƏNİRƏ PAŞAYEVA Əlibəyli kəndində şəhid ailələri və müharibə əlillərini ziyarət edib - FOTO

Növbədənkənar parlament seçkilərinə 105 saylı Tovuz seçki dairəsindən namizəd Qənirə Paşayeva ön cəbhədə yerləşən Əlibəyli kəndində şəhid ailələrini, müharibə əlillərini ziyarət edib və seçicilərlə görüşüb.

 

Versus.Az xəbər verir ki, 46 şəhid vermiş bu kəndi məhəllə-məhəllə gəzən Qənirə Paşayeva ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və Qarabağ qazilərinə dəstək və qayğısından, şəhid ailələri və qazilərə göstərilən dəstəkdən danışıb və bu kateqoriyadan olan insanların daimi dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.

 

Deputatlığa namizəd qeyd edib ki, cənab Prezidentin şəhid ailələrinin və qazilərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlər, onlara verilən avtomobillər, həmçinin 2019-cu ildə göstərilən birdəfəlik yardım dövlətimizin və dövlət başçımızın şəhid ailələrinə və Qarabağ veteranlarına hər zaman göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.

 

Q.Paşayeva görüş zamanı ötən 14 illik deputat fəaliyyəti barədə də danışıb, hər zaman seçicilərinin yanında olduğunu, onlarla vaxtaşırı görüşdüyünü, qayğı və problemlərinin həlli ilə bağlı rəsmi qurumlara müraciətlər etdiyini və inkanı daxilində bu problemlərin həllinə çalışdığını, müalicəyə ehtiyacı olanlara dəstək olmağa çalışdığını bildirib:

“Deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam və əgər siz mənə təkrar etimad göstərərsinizsə, bundan sonra da sizi ləyaqətlə təmsil etməyə m edəcəm”.

 

Görüşdə Qənirə Paşayeva yeni seçki platformasını da açıqlayıb, sualları cavablandırıb və sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. O bildirib ki, seçkilərdə vətəndaşların fəal iştirakı onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfədir.

 

Görüş zamanı seçicilər Qənirə Paşayevanın hər zaman Milli Məclisdə onları narahat edən problemləri qaldırdığını, daim yanlarında olduğunu deyiblər və bildiriblər ki, onların seçimi Qənirə Paşayevadır.

 

Q.Paşayeva görüş zamanı kənd sakinlərini narahat edən bəzi problemləri də dinləyib və qaldırılan təkliflərlə bağlı hökumət qurumlarına müraciət edəcəyini deyib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Səni bu günə kim salıb, Yardımlı?..

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

BSU-nun rektoru, professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub

Bakıda 2-ci İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Hava yağıntılı olacaq

Azərbaycan Ombudsmanı bəyanat yayıb