MMP-nin nümayəndəsinin səlahiyyətinə xitam verildi


Milli Məclisə seçkilərdə daha bir partiyanın nümayəndələrindən birinin səlahiyyətinə xitam verilib.
Versus.Az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasnın bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə qeydə alınmış Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən birinin səlahiyyətinə xitam verilib.
Belə ki, iclasda bununla bağlı Müasir Müsavat Partiyasının müraciətinə baxılıb. İclasda Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən biri kimi qeydə alınmış Nərgiz Əli qızı Nağıyevanın səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub.
Versus.Az
Xəbər lenti

Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının birgə BƏYANATI
Xarici işlər nazirlərinin görüşündə birgə bəyanat imzalanıb