Məktəbəqədər təhsil 1 yaşından başlayır

13:40 02-05-2018 | icon 222 | Təhsil
Məktəbəqədər təhsil 1 yaşından başlayır

Azərbaycanda “Təhsil haqqında” qanunda uşaqların məktəbəqədər təhsil müəssisələrinə 3 yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəvzinə uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi ilə bağlı dəyişikliyin edilməsi təklif edilir.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, “Təhsil haqqında” qanununun mövcud variantına əsasən, məktəbəqədər təhsil 3 yaşından başlayır:

 

“Amma uşağı 3 yaşından məktəbəqədər müəssisəyə cəlb etmək bir qədər gecdir. Əhalinin real tələbatını ödəmək başlamaq məqsədilə “Məktəbəqədər qədər təhsil haqqında” qanunda məktəbəqədər təhsilin 1 yaşından başlanılmasına qərara alınıb. Dünyada hətta 2, 3 aylıqdan uşaqların bağçalara verilməsi faktı var. Amma Azərbaycanda reallıq budur ki, uşaq 1 il ana tərbiyəsi almalıdır. Biz “Təhsil haqqında” qanunda da uşaqların 1 yaşından bağçaya verilməsi ilə bağlı dəyişikliklərin edilməsini təklif edirik”.

 

Qeyd edək ki, Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə “Təhsil haqqında” qanuna, Əmək Məcəlləsinə, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adabtasiyası haqqında”, “Dövlət qulluğu haqqında”, “Yanğın təhlükəsizliyi haqqında” qanunlarına dəyişikliklərin edilməsi təklif edilir.

 

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi