RƏŞAD MAHMUDOV gənclərlə GƏNCLƏR GÜNÜndə görüşdü - FOTO

21:25 02-02-2020 | icon 111 | Foto&Video
RƏŞAD MAHMUDOV gənclərlə GƏNCLƏR GÜNÜndə görüşdü - FOTO

"Bu gün bir daha gənclərimizin dövlətçiliyə sədaqətli olduğunun şahidi oldum"

 

"Xoş ömür sürmək, rahat və təhlükəsiz həyat yaşamaq o cəmiyyətlərə nəsib olur ki, onun gəncliyi sağlam düşüncəli olur. Onun gəncliyi dövlətinin, millətinin, vətəninin, dininin və ailəsinin ondan nə tələb etdiyini aydın dərk edir, bu tələblərə əməl edir, özünü zamanın və dövrün güzgüsündə dürüst görə bilir".



Versus.Az xəbər verir ki, bunu 77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd Rəşad Mahmudov "Gənclər günü" münasibəti ilə Astara rayon gənclərinin bir qrupu ilə bu gün keçirdiyi görüşdə deyib.

 

Qeyd edək ki, çox səmimi və işgüzar ortamda keçirilən görüşdən məmnun qalan deputatlığa namizəd vurğulayıb ki, hər dəfə fərqli platformalarda fəal gənclərlə görüşəndə qürur hissi keçirir:

 

"Bu gün bir daha gənclərimizin dövlətçiliyə sədaqətli olduğunun, əsl vətənpərvər kimi yetişdiklərinin şahidi oldum. Onların ölkədə aparılan islahatları yüksək qiymətləndirmələri, Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətləri, məntiqli düşüncələri və təklifləri mənə çox gözəl hisslər yaşatdı. Təşəkkürlər, Azərbaycan Gəncliyi!"

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Səni bu günə kim salıb, Yardımlı?..

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

BSU-nun rektoru, professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Bakıda 2-ci İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

Hava yağıntılı olacaq