ODURAĞARANLA BAĞLI GƏLƏN VƏHY

21:33 02-02-2020 | icon 875 | Köşə
ODURAĞARANLA BAĞLI GƏLƏN VƏHY

DE Kİ, YA MUSA!

İGİD TEYMURLU

 

BÜTPƏRƏSTLƏR MUSALARIN KƏRAMƏTİ ƏSASINDA GÖRÜR VƏ ONDAN YEMƏYƏ BİLDİRÇİN TƏLƏB EDİRDİLƏR. MUSA DA ÖZ TANRISINA DUALAR YAPMAQ ÜÇÜN TUR DAĞINA QALXAR, ONDAN dilərdi..

 

Nə vaxt ki, gözəlim Allah bu bütpərəstlərə YEMƏYƏ bildirçin əta edərdisə.....yox e, day dalısın yazmıram....

 

NƏ VAXT Kİ, Yardımlıda ODURAĞARAN, OSNAĞARAN, URAĞARAN kəndlərinin sonluğundan "KƏRAN" SONLUĞU götürüləcək, Nə vaxt ki, ODURAĞARAN KƏNDİNƏ QAZ VERİLƏCƏK, YOL, TELEFON, KABELLƏŞDİRİLMİŞ İŞIQ XƏTTİ CƏKİLƏCƏK, NƏ VAXT Kİ, BU KƏNDDƏ DƏ KLUB, KİTABXANA, TİBB MƏNTƏQƏSİ OLACAQ bax onda BU KƏNDin də necə deyərlər, adam arasına çıxmağa halı olacaq. And olsun bütün bunları yaddan çıxaran və susmaqlarıyla bunun millətin yaddaşından silinməsinə imkan yaradan deputatlığa namizəd MUSA QASIMLININ öpdüyü əllərin kəramətinə!!! Və həm də Musa Qasımlı aşiqlərinin 2012-ci il iddialarına inansaq xalq şairimiz Sabir Rüstəmxanlının "GÖY TANRI" İNANCIna and olsun ki, belə yanaşmalarla elə Rüstəmxanlının özünün də qələmə aldığı kimi bu məmləkəti "SUNAMİ" TƏHLÜKƏSİ gözləyir...

 

NƏ VAXT Kİ, Yardımlının ODURAĞARAN KƏNDİNƏ də bu məmləkətin bir parçası olaraq mavi qaz veriləcəksə biz ekoloji fəlakətdən xilas olacağıq. Məmləkətin bu başında "adama bir ağac əkək" kampaniyasına start verib, o başında yüzlərlə ağacların doğranmasına göz yummaqla biz nəyin peşində olmağımızın fərqindəyikmi?

 

Bu gün adam Yardımlının ODURAĞARAN KƏNDİnin timsalında hökumətimzin səsləndirdiyi rəqəmlərlə fikirlər və bu kənddəki gerçəyin özü arasında paralellər aparanda dəhşətə gəlir...

 

Adam insanlığa nifrət edir....

Adam məmləkətə nifrət edir...

Adam məmləkəti bu hala salanlara nifrət edir.. Adam hampalığa nifrət edir...

Adam adam olmağına nifrət edir ....

Nifrət edirsən ki, YA Rəbbim, bizə imtahan üçün verdiyin zamanın yük daşıyıcıları budurmu?..

Nifrət edirsən ki, YA Rəbbim, Uca Dərgahında "Cənubi Qafqazın ən çox inkişaf etmiş ölkəsi olan Azərbaycan" budurmu?..

Nifrət edirsən ki, YA Rəbbim, nədən Sənin yaratdığın məmləkət əhli məmləkəti bunca aşağılamaqdan, bunca çapıb talamaqdan usanmadılar?..

Nifrət edirsən ki, YA Rəbbim, axı bu necə hampalıq, necə yurdsevərlikdir ki, Viləş çayının sağ SAHİLİ "Sabir Rüstəmxanlının, Musa Qasımlının hesabına, yolqırağı kəndlər bərkgedən məmurların, yolüstü kəndlər də Yardımlı seyidlərinin hesabına" ağ günə çıxırsa, bəs bu ODURAĞARAN Kəndi kimi yaşayış yerlərinə kim sahib çıxmalıdır?..

Nifrət edirsən ki, bu adamlar adamı adam olaraq doğulduğuna, ancaq adamı adam kimi yaşamağa qoymadıqlarına görə adamı nəinki yaratdıqlarına, hətta Allahın Özünə asi edirlər...

Axı bu ODURAĞARAN KƏNDİ də Azərbaycandır! Axı bu ODURAĞARAN KƏNDİ də Yardımlının kəndidir! Axı bu ODURAĞARAN KƏNDİ də məmləkətin bir parçasıdır, cənabü deputatxana işçiləri. Sizlər YERİNDƏ və zamanında problemləri qabartsaydınız, İNDİ ODURAĞARAN "ODURAKƏRAN" ADLANMAZDI, İNDİ sizin kəndləriniz olan Hamarkənd, Bilnə, Bozayran, Sırıq kəndləri kimi ODURAĞARANın da yolu, qazı, işığı, telefonu, klubu, kitabxanası, TİBB məntəqəsi, uşaq bağçası və digər mədəni məişət ocaqları olardı..

Hə, day hes zad.....indi Yardımlıya qar yağır...Dağların başı ağappaq örpəyə bürünüb və özünü DAĞ kimi göstərənlərin ayaqları altında qalan bu yurdun DAĞLARInın sinəsinə çəkdiyi DAĞLAR ELƏ BU DAĞLARIN ÖZÜ BOYDADIR. Yurdun hər qarışından " DAĞLAR, OYY, OYY!!!" VƏ "DAĞLAR OYYY, OYYY!" ŞARKISI SƏSLƏNMƏKDƏ VƏ DUYULMAQDA...

 

Elə yazının başlanğıcında dediyim kimi, bir zamanlar BÜTPƏRƏSTLƏR MUSALARIN KƏRAMƏTİNI ƏSASINDA GÖRÜR VƏ ONDAN YEMƏYƏ BİLDİRÇİN TƏLƏB EDİRDİLƏR. MUSA DA ÖZ TANRISINA DUALAR YAPMAQ ÜÇÜN TUR DAĞINA QALXAR, ONDAN dilərdi..AMMA VƏ LAKİN...

İnsanlıq Musaya göndərilən KİTABı olduğu kimi nə qoruyub saxlaya bildi, nə də o kitabda yazılanlara əməl etdilər. ELƏ TUR DAĞINA SIĞINAN MUSALAR DA DAHA ALLAHDAN DİLƏDİKLƏRİ BİLDİRÇİNLƏRİ İNANDIRA BİLMƏDİKLƏRİ TOPLUM ÜÇÜN İSTƏMİRLƏR... LAP ELƏ İNDİKİ KİMİ...

 

ZƏRURİ QEYD: De ki, YA MUSA.... ZƏRURİDƏN ZƏRURİ QEYD: Deməyin xeyri var ki...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

HANI BU QANIN YİYƏSİ?!

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

Erməni hannibalizmi: Xocalıda azərbaycanlıların orqanları niyə çıxarılırdı?

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

Sabah Bakıda hava çiskin olacaq