QƏNİRƏ PAŞAYEVA Hunanlar kənd sakinləri ilə görüşüb - FOTO

00:42 03-02-2020 | icon 90 | Foto&Video
QƏNİRƏ PAŞAYEVA Hunanlar kənd sakinləri ilə görüşüb - FOTO

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun qədim kəndlərindən biri olan Hunanlar kəndini məhəllə-məhəllə gəzərək sakinlərlə, seçicilərlə görüşüb, şəhid ailələrini, bir sıra fiziki imkanları məhdud insanların ailəsini ziyarət edib və qayğıları ilə maraqlanıb.

 

Versus.Az-ın məlumatına görə, sakinlərlə görüşdə ötən 14 illik deputat fəaliyyəti və Azərbaycanın bölgədə, dünyada artan nüfuzu, bütün ölkədə, eləcə də 105 saylı seçki dairəsi ərazisində dövlət tərəfindən həyata keçirilmiş böyük işləri barədə məlumat verib.

 

"Bu 14 ildə sizə vicdanla, məsuliyyətlə, ləyaqətlə, sizin layiq olduğunuz səviyyədə xidmət etməyə çalışdım. Beynəlxalq təşkilatlarda fəaliyyətim zamanı da seçicilərimi və ölkəmizi ləyaqətlə təmsil etmək üçün bütün gücümlə çalışdım. Şəhid ailələrimizə, Qarabağ müharibəsi əlilləri və veteranlarımıza hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır"- deyən Q.Paşayeva "hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz" deyib və şəhidlərimizi heç zaman unutmayacağımızı, onları hər zaman sevgiylə anacağımızı bildirib.

 

Q.Paşayeva bildirib ki, tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq və yenidən namizədliyini irəli sürməsində də məqsədi budur:

"Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə olsa itirməmək üçün çalışdım".

 

Q.Paşayeva vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən ölkəmiz üçün bundan sonra da birlikdə çox çalışmalı, hər kəs əlindən gələni etməlidir. Q.Paşayeva 105 saylı dairəni təmsil edən millət vəkili kimi daim fəaliyyəti ilə bağlı seçiciləri qarşısında hesabat verdiyini də deyib. Tovuzun son illər ərzində çox ciddi problemlərinin böyük bir hissəsinin həllini tapdığını söyləyən Qənirə Paşayeva dövlətimiz nə qədər güclənərsə, problemlərin həlli də o qədər sürətlənər, ona görə də bizim hər birimiz ölkəmizdə sabitliyin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etməsi istiqamətində birlikdə daha yüksək səylə çalışmağa davam etməliyik deyə bildirib

 

Seçki platforması barədə də ətraflı məlumat verən və hər bir seçicinin 9 fevral Parlament Seçkilərində iştirakının, fəal olmasının vacibliyini vurğulayan Q.Paşayeva seçkilərin azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib.

 

Görüşdə iştirak edən seçicilər Q.Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər, onun 14 illik millət vəkili fəaliyyəti dövründə onların Milli Məclisdə səsi olduğunu və hər zaman kənd sakinləri ilə bağlı məsələlərə böyük həssaslıq və qayğı ilə yanaşdığını deyərək "Siz hər zaman bizim yanımızda oldunuz. Biz də səsimizlə sizin yanınızdayıq və inanırıq ki, bundan sonra da hər zaman bizim səsimiz olacaq və bizi layiqli şəkildə təmsil etməyə davam edəcəksiniz" fikirləri ilə Q.Paşayevaya uğurlar diləyiblər. Q.Paşayeva seçicilərə dərin təşəkkürünü bildirib:

"Bu etimadınızı doğrultmaq üçün bundan sonra da yorulmadan çalışacam".

 

Seçicilər görüş zamanı müəyyən məsələlərin, problemin həlli ilə bağlı fikir və təkliflərini də Q.Paşayeva çatdırıblar və onların həlli istiqamətində də dəstəyini əsirgəməyəcəyinə inandıqlarını bildiriblər. Millət vəkili Hunanlar kənd sakinləri ilə görüş zamanı ona müraciət edən sakinlərin məsələlərini müvafiq qurumlar qarşısında qaldıracağını bildirib.  Millət vəkili kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Qənirə Paşayeva həmçinin, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, fiziki imkanları məhdud insanların ailələrini də ziyarət edib, qayğıları ilə maraqlanıb. Sizin dəstəyiniz mənim üçün mənəvi olaraq çox önəmli dəstəkdir deyən Q.Paşayeva hər birinə göstərdikləri dəstək və etimaddan dolayı təşəkkürünü bildirib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

10 saylı Binəqədi 3-cü secki dairəsindən deputatlığa namizədlər BƏYANAT yaydı

"Bəzi dairələr buraxılacaq"

Çində koronavirusa yoluxanların sayı 68,5 minə çatıb

Münhendə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-müzakirələr keçirilib- VİDEO

Bakı milyonçusunun “Quran” oxuya bilməyən qızının taleyi necə dəyişdi? - FOTO

Mayk Tayson Uaylder – Fyuri görüşünün promoçarxını təqdim etdi - VİDEO

5 ölkə İrandan təcili kompensasiya ödəməyi tələb edib

Azərbaycanı təmsil edən idmançı Avropanın ən yaxşısı seçildi - FOTO

“Milyon da təklif etsələr, toyda aparıcılıq etmərəm”

Gürcüstanda rusiyalı turistlər qar uçqunu altında qalıb

Gəncədə şəhidimizin dəfn mərasimi keçirilir - FOTO - VİDEO - YENİLƏNİR

“57 saylı dairənin məntəqələrində baş verən seçki saxtakalığının ədalətli araşdırılmasını istəyirik” - VİDEO

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

Bakı Sumqayıt şossesində yol qəzası baş verib

 Qalib namizədlər  fəaliyyət planlarını açıqladı