"Mehman ona müalicə üçün əl uzadana dil uzadırsa..."

01:22 03-02-2020 | icon 264 | Siyasət
"Mehman ona müalicə üçün əl uzadana dil uzadırsa..."

FƏRƏC QULİYEV: "Bir yolu qalır - səs yazısını tam yaysın"

 

"Məkanıma dəvət etdiyim şəxsin cibini axtarmaq, səsini yazmaq mənim üslubum deyil. Bir yerə qonaq gedərəmsə də orada kiminsə səsini yazmaq barədə düşünmərəm".



Versus.Az xəbər verir ki, bu sözləri Fərəc Quliyev blogger Mehman Hüseynovun onun barəsində Mərkəzi Seçki Komissiyasına və Baş Prokurorluğa müraciət etməsinə münasibət bildirərkən deyib.



Fərəc Quliyev qeyd edib ki, onun əməlində qanun pozuntusu, cinayət tərkibi yoxdur. “Mehmanla 45 dəqiqə danışmışıq. Özü də bunu etiraf edib. Amma 5-6 dəqiqəlik səs yazısı yayıb. Niyə səs danışığımızı tam yaymır? Mən istəyirəm ki, səs yazısını tam yaysın. O zaman hər şey bəlli olacaq”, -deyə deputat bildirib.

 


Fərəc Quliyevin sözlərinə görə, Mehman Hüseynov onunla danışığının səs yazısını montaj edərək fərqli formada təqdim edib:

“Mən namizəd olaraq Mehmanı öz rəqibimdən dəstəkçimə çevirmək üçün yanıma çağırmışam. Eyni təklif digər namizəd Ramazan Bağırova da edilib. O hazırda mənim komandamdadır. Mehmana da təklif etmişəm ki, vəkilim olsun. Gələcəkdə istəyərsə, mənim təşkilatımda fəaliyyətini davam etdirər, yaxud QHT yaradar, biz də əməkdaşlıq edərik.

O deyib ki, şiş xəstəliyindən əziyyət çəkir və bir həftəyə analizlərin cavabı bəlli olacaq. Əgər cavablar mənfi olacaqsa, seçki prosesindən kənara çəkiləcək. Mən də açığı pis oldum, cavan oğlandı. Dedim ki, narahat olma, nəticə nə olursa olsun müalicəsi rahatdır və biz də sənə dəstək verərik. Hətta montaj olunmuş səs yazısında belə, müalicə sözü var”.

Deputat Mehman Hüseynovla görüşünün özü tərəfindən qeydə alınıb-alınmadığı barədə sualı belə cavablandırıb:

“Mən məkanıma dəvət etdiyim şəxsin cibini axtaran, səsini yazan adam deyiləm. Bu, mənim üslubum deyil. Bir yerə qonaq gedərəmsə də, orada kiminsə videosunu çəkmək, yaxud səsini yazmaq barədə düşünmərəm.

Amma 40 ildir siyasətlə məşğulam, Mehman Hüseynovla danışıq baş tutmayacağı təqdirdə rəqib kimi mənə qarşı istifadə edilə biləcəyini nəzərə almışdım. Ona görə də nə danışdığımı bilirdim. Yenə də deyirəm səs yazısını tam yaysın, hər şey məlum olacaq.

Dünyanın hər yerində adama əməkdaşlıq təklif edirlər. Hətta bəzi ölkələrdə seçki vaxtı partiyalardan transferlər olur. Burada qeyri-adi heç nə yoxdur. Mehmana etdiyim təklif indi də qüvvəsindədir. 45 dəqiqəlik görüşümüzdə ona çox şeylə başa salmağa, izah etməyə çalışmışam. İndi islah olunmursa, müalicəsinə əl uzadan adama dil uzadırsa, bir yolu qalır: Səs yazısını tam yaysın”.



Xatırladaq ki, Mehman Hüseynov Fərəc Quliyevlə görüşünün səs yazısını yayıb. Hüseynov deputatın ona 10-15 min manat rüşvət təklif etdiyini iddia edir. (yenisabah.az)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

HANI BU QANIN YİYƏSİ?!

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

Erməni hannibalizmi: Xocalıda azərbaycanlıların orqanları niyə çıxarılırdı?

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

Sabah Bakıda hava çiskin olacaq