Bu xəstəliyə 30-35 yaş arası insanlarda daha çox rast gəlinir

10:54 03-02-2020 | icon 300 | Sağlamlıq
Bu xəstəliyə 30-35 yaş arası insanlarda daha çox rast gəlinir

Nərminə Abbasova: “Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər”

 

“Böyrək daşı xəstəliyi böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Böyrəkdaşı xəstəliyi maddələr mübadiləsinin müxtəlif endogen və ya ekzogen səbəblərdən pozulması xəstəliyidir. Bəzi hallarda irsi xarakter daşıyır, həmin zaman sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Bu zaman böyrəklərdə və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir”.

 

 

 

Bunu Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA Versus.Az-a böyrək xəstəliklərindən danışarkən deyib.

 

Nərminə xanım bildirib ki, daşlar həm kiçik, həm də iri ölçülərdə ola bilər. Yəni 3 mm-dək, 15 sm-dək:

 

“Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir. Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar və digər əlamətlərlə müşayiət olunur. Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər. Pielonefrit - böyrək ləyəni və kasacıqlarının, böyrək parenximasının, xüsusən ara toxumanın qeyri-spesifik iltihabi prosesidir”.

 

Həkim-terapevt bildirdi ki, böyrək daşı xəstəliyi istənilən yaşda üzə çıxa bilər. Lakin bu xəstəliyin 30-35 yaş arası olan insanlarda daha çox təsadüf edilməsi müşahidə edilir:

 

“Böyrək daşı xəstəliyi geniş yayılmış xəstəlikdir və hazırda dünyanın bir çox ölkələrində xəstələnmə artımı tendensiyası qeydə alınıb. Kişilər bu xəstəliyə qadınlardan 3 dəfə çox düçar olurlar. Azərbaycanın müəyyən bölgələrində, məsələn, Gəncədə, Şəkidə, Lənkəranda bu xəstəliyə xüsusilə tez-tez rast gəlinir və o, endemik xarakter daşıyır”.

 

Həkim-terapevt xəstəliyin əlamətlərindən biri kimi bel nahiyəsində olan ağrılardan danışdı:

 

“Bel nahiyəsində - sağ və solda olmaqla bir və ya ikitərəfli - olan küt, üzücü ağrı fiziki gərginlik və ya sadəcə olaraq, bədən vəziyyətinin dəyişməsi zamanı daha da artır. Bu, sidik xaric edən orqanlarda daş olmasının ən xarakterik əlamətlərindən biridir. Daş böyrəkdən sidik axarına keçdikdə ağrı qarının aşağı hissəsində, qasıq nahiyəsində, cinsiyyət orqanlarında hiss olunur, bəzən isə ağrı ayağa da yayıla bilər.

Güclü ağrı tutmasından, sancısından sonra daşlar sidik ilə birlikdə xaric ola bilər. Böyrək sancısı zamanı bel nahiyəsində həddən artıq ağrı tutması baş verir. Azalaraq və yenidən başlayaraq ağrı tutması bir neçə gün ərzində davam edə bilər. Daş yerini dəyişdikdə və ya sidik axarından sidik kisəsinə düşdükdə ağrı kəsilir. Sidik ifrazının tezləşməsi və ağrılı olması daşların sidik axarında və ya sidik kisəsində olmasına dəlalət edir. Bəzi hallarda sidik kisəsi boşalmasa da, sidik ifrazı birdən kəsilə bilər. Bu “tıxanma” sindromu kimi adlandırılır və bədənin vəziyyətini azca dəyişən kimi, sidik ifrazı davam edir. Sidikdə qanın olması güclü böyrək sancısından və ya ağır fiziki gərginlikdən sonra baş verə bilər. Sidiyin bulanması Arterial təzyiqin yüksəlməsindən xəbər verir”.

 

Nərminə xanım deyir ki, böyrək daşı xəstəliyi zamanı böyrək sancılarının diferensial diaqnostikası bağırsaq keçməzliyi əzilmiş yırtıq, bağırsağın spastik vəziyyətləri, appendiksin iltihabı, kəskin xolesistit və pankreatit mədə xorası və 12-barmaq bağırsağın örtülü perforasiyası, böyrək vərəmi, böyrək və böyrək ləyənlərinin şişi, növbəli hidronefroz, sidik axarları strikturaları, bel radikuliti tutması, sidik kisəsinin iltihabı, prostat vəzin iltihabı xəstəlikləri ilə aparıla bilər.

 

DİQQƏT!

Əgər böyrək xəstəlikləri haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

10 saylı Binəqədi 3-cü secki dairəsindən deputatlığa namizədlər BƏYANAT yaydı

"Bəzi dairələr buraxılacaq"

Çində koronavirusa yoluxanların sayı 68,5 minə çatıb

Münhendə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-müzakirələr keçirilib- VİDEO

Bakı milyonçusunun “Quran” oxuya bilməyən qızının taleyi necə dəyişdi? - FOTO

Mayk Tayson Uaylder – Fyuri görüşünün promoçarxını təqdim etdi - VİDEO

5 ölkə İrandan təcili kompensasiya ödəməyi tələb edib

Azərbaycanı təmsil edən idmançı Avropanın ən yaxşısı seçildi - FOTO

“Milyon da təklif etsələr, toyda aparıcılıq etmərəm”

Gürcüstanda rusiyalı turistlər qar uçqunu altında qalıb

Gəncədə şəhidimizin dəfn mərasimi keçirilir - FOTO - VİDEO - YENİLƏNİR

“57 saylı dairənin məntəqələrində baş verən seçki saxtakalığının ədalətli araşdırılmasını istəyirik” - VİDEO

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

Bakı Sumqayıt şossesində yol qəzası baş verib

 Qalib namizədlər  fəaliyyət planlarını açıqladı