Azərbayсanda beynəlxalq avtobuslar hər gün dezinfeksiya olunacaq

12:15 03-02-2020 | icon 173 | Cəmiyyət
Azərbayсanda beynəlxalq avtobuslar hər gün dezinfeksiya olunacaq

Çində ötən ilin sonunda yeni aşkarlanmış koronavirus 2019-nCoV virusuna qarşı Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) tapşırığına əsasən insanların kütləvi istifadə etdiyi avtobuslarda (beynəlxalq və ölkədaxili) epidemiya riskinin aradan qaldırılması üçün müvafiq tədbirlərə başlanıb.

 

Versus.Az xəbər verir ki, bu barədə DANX-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

 

Onun sözlərinə görə, avtobusların salonunda, xüsusilə beynəlxalq daşımalarda iştirak edən avtobuslarda dezinfeksiya işlərinin gündəlik aparılmasına dair tapşırıq daşıyıcı şirkət rəhbərlərinə verilib və prosesin icrası qurum tərəfindən tam nəzarətə götürülüb:

“Virus ehtimalının çox aşağı olmasına rəğmən beynəlxalq və ölkədaxili daşımalara ciddi tapşırıq verilib. Əvvəlki vaxtlarda dezinfeksiya işləri həftədə bir dəfə, yaxud 15 gündən bir aparılırdısa, bu tapşırıqdan sonra beynəlxalq daşımalarda hər gün, region və şəhərlərarası daşımalarda 3 gündən bir aparılacaq. Dezinfeksiya işləri daşıyıcı şirkət və müvafiq təmizləyici şirkətlə razılıq əsasında görüləcək, nəzarət isə DANX tərəfindən aparılacaq”.

 

Qurumun sözçüsü əlavə olaraq bildirib ki, beynəlxalq daşımalar üzrə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında birbaşa reyslər olmadığından ölkəmizə müntəzəm beynəlxalq marşrut xətləri üzrə daşınan sərnişinlərdə bu virusun aşkarlanma riski yoxdur. Ancaq xüsusilə xəstəliyin aşkarlandığı digər epidemiya zonalarından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, virus və onunla mübarizə metodları haqqında daşıyıcı şirkət rəhbərləri, sürücülər və dispetçerlər ilə maarifləndirmə işlərinin aparılması, vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumatların verilməsi DANX tərəfindən təmin olunacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

HANI BU QANIN YİYƏSİ?!

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

Erməni hannibalizmi: Xocalıda azərbaycanlıların orqanları niyə çıxarılırdı?

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

Sabah Bakıda hava çiskin olacaq