Çoxmərtəbəli binalarda uşaq bağçası olacaq

13:57 02-05-2018 | icon 214 | Gündəm
Çoxmərtəbəli binalarda uşaq bağçası olacaq

“Rayonlarda, kəndlərdə məktəbəqədər təhsil müəssisələrinin sayı çatışmır. Valideynlər deyirlər ki, mən uşağımı haraya qoyacağımı bilmirəm. Sonra məktəb direktorları da belə uşaqları I sinfə qəbul etmirlər ki, o bağçaya getməyib”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə üzvü Gövhər Baxşəliyeva deyib.

Komitə sədri İsa Həbibbəyli isə qeyd edib ki, bütün uşaqların məktəbəqədər təhsil müəssisələrinə getməsi vacib deyil:

 

“Vacib deyil ki, hamı uşağını bağçaya qoysun. Amma işləməyə məcbur olan valideynlər uşaqlarını bağçaya 1 yaşından sonra qoya bilərlər. Regionların hamısında uşaqların 1 yaşından bağçalara qəbul edilməsi üçün üçün imkan yoxdur. Lakin imkanı olan bağçalar uşaqları 1 yaşından qəbul edə biləcəklər”.

 

İ.Həbibbəyli bildirib ki, “Təhsil haqqında” qanun 2009-cu ildə qəbul olunarkən ölkədə məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi zəif idi:

 

“Ona görə də o zaman uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi müddəasının qeyd edilməsi düzgün olmazdı. Amma indi şəbəkə genişlənib. Məktəbəqədər təhsil müəssisələrinin sayı artıb. Bundan sonra Bakıda tikilən bütün çoxmərtəbəli binaların hamısının 1-ci mərtəbəsində bağça olacaq”.

 

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

ALDP sədrindən müstəqillik təbriki

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi