MAHİR ABBASZADƏ Tərtərdə laçınlılarla görüşdü - FOTO

14:27 03-02-2020 | icon 208 | Foto&Video
MAHİR ABBASZADƏ Tərtərdə laçınlılarla görüşdü - FOTO

VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Mahir Abbaszadə Tərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkünlərlə görüşüb.

 

Versus.Az xəbər verir ki, deputatlığa namizəd ona göstərilən yüksək etimada görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə və Birinci Vitse-Prezident, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 

Mahir Abbaszadə qeyd edib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.

 

Deputatlığa namizəd növbəti dönəm üçün Milli Məclisə seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb, ötən illərdə olduğu kimi Laçın əhalisinin problemlərinin həllinə çalışacağını, parlamentin işində fəal iştirak edəcəyini deyib. Ölkədə uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirən Mahir Abbaszadə, gənclərin dövlət başçısının ətrafında sıx birləşdiyini və onun gördüyü işləri dəstəklədiyini vurğulayıb.

 

Laçın rayonundan olan məcburi köçkünlər çıxış zamanı Mahir Abbaszadəyə uğurlar arzulayıblar. Onlar 9 fevral seçkilərində Mahir Abbaszadəyə səs verəcəklərini bildiriblər.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

HANI BU QANIN YİYƏSİ?!

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

Erməni hannibalizmi: Xocalıda azərbaycanlıların orqanları niyə çıxarılırdı?

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

Sabah Bakıda hava çiskin olacaq