"Qaragüruhçulara, böhtançılara imkan vermək olmaz"

20:13 03-02-2020 | icon 366 | Siyasət
"Qaragüruhçulara, böhtançılara imkan vermək olmaz"

"Razi Nurullayev qayğılar, çətinliklər içərisində İmişlinin Xəlfəli kəndində zəhmətkeş bir ailədə dünyaya göz açaraq böyümüş, öz qətiyyəti, əzmkarlığı sayəsində təhsil alaraq təkcə özünü yox, doğma kəndini, rayonunu, xalqını düşünərək bu gün Allahın qüdrəti ilə öz dəsti-xəttini, amalını bəyan etməklə yanaşı, bu amalları həyata keçirmək əzmində olan ictimai-siyasi xadimə çevrilmişdir".

 

Versus.Az xəbər verir ki, bunu AXCP sədr müavini, növbədənkənar parlament seçkilərinə 79 saylı İmişli seçki dairəsindən namizəd Razi Nurullayevin vəkili Tural İrfan bildirib.

 

Deputatlığa namizəd haqqında ətraflı məlumat verən vəkil bildirib ki, Razi Nurullayev uzun illik zəhməti sayəsində bir neçə xarici dili akademik səviyyədə mənimsəmiş, 80-dən çox xarici ölkədə olmuş, təhsil almış, mühazirələr oxumuş, beynəlxalq tədbirlərdə iştirak etmiş, Azərbaycan həqiqətlərini dünyaya çatdırmışdır

 

"O, siyasi bacarığını, elmini, ziyasını, zəkasını, təfəkkürünü şəxsi məqsədi üçün əsla istifadə etməyən, bütün varlığı ilə xalqın yaxşı yaşamasını istəyən, bunu tələb edən partiya sədridir. Ədəbiyyatı, (xarici ədəbiyyatı xüsusi ilə) mədəniyyəti, tarixi, hüququ, iqtisadiyyatı, sosiologiyanı da siyasət qədər mahir bilən, oxuyan, araşdıran, tətbiq və təbliğ edən peşəkar mütəxəssisdir. Geniş auditoriyalarda, konfranslarda, tədbirlərdə, akademiyalarda öz mühazirələri ilə ali müəllimlik xüsusiyyətlərini özündə ehtiva edən müdrik şəxsiyyətdir. Prezidentliyə namizədliyi zamanı, habelə başqa vaxtlarda yüzlərlə xalqın xeyrinə layihə, təklif, sosial proqramlar, problemlərdən çıxış yolları hazırlayıb hökumətə təqdim etmiş, bir çox müsbət addımların müəllifi kimi yaddaşlarda iz qoymuşdur. Qaz limiti, pensiya məsələsi, uşaq pulları və digər xalqın tələbini əks etdirən məsələləri qabartmış, bir çoxunun həllinə nail olmuşdur".

 

Deputatlığa namizədin hazırda İmişli əhalisinin rifahı naminə 9 bəndlik platformasını əhalinin nəzərinə çatdıraraq orada qeyd edilən məsələlərin həlli ilə bağlı əlindən gələni edəcəyinə əminlik ifadə edən Tural İrfan qeyd etdi ki, Razi Nurullayev vətənpərvərliyi sözdə yox, əməldə, xalqa məhəbbəti dildə yox, ürəkdə qərar tutan əsl azərbaycanlı, əsl türkdür:

 

"İmişli üçün tarixdə ən xeyirli işləri məhz Razi Nurullayevin görəcəyinə adım kimi əminəm! Üzümü İmişli camaatına tutub deyirəm ki, Siz Razi Nurullayevi özünüzə deputat seçməklə, öz gələcəyinizi, uşaqlarınızın gələcəyini düşünən bir insana səlahiyyət verməklə taleyin üzünüzə gülməsinə nail olacaqsınız. Qaragüruha, qara yaxanlara, böhtançılara imkan verməyin, haqqa, savada, təcrübəyə, humanizmə səs verin, Razi Nurullayevə səs verin!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Səni bu günə kim salıb, Yardımlı?..

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

BSU-nun rektoru, professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub

Bakıda 2-ci İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Hava yağıntılı olacaq

Azərbaycan Ombudsmanı bəyanat yayıb