Mehman Hüseynovun yaydığı səs yazısı

10:50 04-02-2020 | icon 158 | Siyasət
Mehman Hüseynovun yaydığı səs yazısı

Siyasi oyunbazlıq, yoxsa həqiqət axtarışı

 

31 saylı Suraxanı ikinci Seçki Dairəsindən deputatlığa namizədlər Fərəc Quliyevlə Mehman Hüseynov arasında keçirilən görüşlə bağlı yayılan səs yazısı birmənalı qarşılanmayıb, demək olar ki, seçkilərlə bağlı bir nömrəli gündəm mövzusuna çevrilib.



Səs yazısından belə məlum olur ki, Fərəc Quliyev müəyyən vədlər qarşılığında Mehman Hüseynovdan namizədliyini onun xeyrinə geri götürməsini istəyir. Bununla razılaşmayan Mehman Hüseynov sonradan aralarındakı söhbətin səs yazısını yayaraq ictimailəşdirir və öz aləmində qarşı tərəfi “ifşa” edir. Bu məsələyə görə, hər iki tərəfi qınayanlar var. Eləcə də, saytlar səs yazısını tirajlayır, hətta bu gün Mehman Hüseynov Fəcəc Quliyevlə bağlı Baş Prokurorluğa da müraciət edib. Ancaq hesab edirik ki, reallığı nəzərə almaqla yaranmış duruma obyektiv münasibət bildirmək daha düzgün olardı.



Əvvəla, Fərəc Quliyevin açıqlamasına görə,bu görüş 40 dəqiqədən çox çəksə də, M.Hüseynov onun yalnız 16 dəqiqəsini yayımlayıb. Əgər ortada qərəz yoxdursa, F.Quliyevin KİV-lərə açıqladığı kimi,niyə tərəflər arasındkı söhbət tam təqdim edilmir? Çünki Fərəc Quliyev də açıqlamasında bildirib ki, Mehman Hüseynov aralarındakı danışığı özünə sərf edən şəkildə yayımlayıb,müəyyən montaja yol verib. M.Hüseynova edilən təklifə gəlincə isə, həmin təklif öz qüvvəsində qalır.



Məsələ burasındadır ki, beynəlxalq praktikada da hər hansı seçki zamanı namizədlərdən birinin digərini razılaşma əsasında öz tərəfinə çəkməsi, bu yolla şanslarını artırmağa çalışması halları əvvələr də olub, indi də var. Yəni burada qeyri-adi nə isə axtarmağa lüzum yoxdur.Nədən məsələ ilə bağlı bu qədər sensasiya yaradılır?- başa düşülmür.



Adıçəkilən namizədlərin söhbətinə gəlincə, Fərəc Quliyevin Mehman Hüseynovdan nə istədiyinə diqqət yetirək: O bildirir ki, mən bu dairənin ən real namizədiyəm, qələbəmə də inanıram. Sənin isə müəyyən qədər tərəfdarların olsa da, seçkini udmaq şansın yoxdur. Ancaq sənin bu seçkidə iştirak etməyin demokratik fikirli insanların səsini parçalaya bilər və mənim digər rəqiblərim bundan yararlana bilər. Ona görə, mən istəyirəm ki, sən namizədliyimi geri götürəsən və mənimlə birlikdə çalışasan, gücümüzə güc qatasan.



Fərəc Qulilyev daha sonra ona gələcək fəaliyyətində dəstək olmağa, həmçinin xəstəliyi ilə bağlı müalicə xərclərinə maddi köməklik göstərməyə hazır olduğunu da bildirir:

"Şiş xəstəliyindən əziyyət çəkdiyini və biopsiya materialını (şişdən götürülən materialı) laboratoriyaya analizə verdiyini bildirdi. Əgər nəticələr pis olarsa (Allah şəfasın versin və günahlarından keçsin), ümumiyyətlə, seçkidən çəkiləcəyini bildirdi. Mən ona konsentrasiyanı pozma, nəticə nə olur olsun (laboratoriya nəticələri) 10-15 min manatlıq bir müalicədir. Dəstək olacağıq, dostlarını səfərbər edərik deyərək təsəlli verdim”.



Göründüyü kimi, bu iki namizədin yayılan səs yazısında qeyri-adi nə isə axtarmaq o qədərdə düzgün görünmür.

O ki qaldı bu iki şəxsin deputatlığa namizəd kimi müqayisəsinə, əminliklə deyə bilərik ki, Fərəc Quliyev Mehman Hüseynovdan bir xeyli öndə dayanır. Keçdiyi həyat və mübarizə yoluna, savadına, ədəbi və hüquqi biliyinə, mədəni səviyyəsinə, davranışına və s.keyfiyyətlərinə görə, MM-də təmsil olunmaq daha çox onun haqqıdır. Mehman Hüseynova gəlincə, bunu onun haqqında birmənalı söyləmək mümkün deyil. Hesab edirik ki, Mehman Hüseynov bir çox parametrlərinə görə, hələ millət vəkili statusu daşımağa hazır deyil. O elə blogger kimi fəaliyyətini davam etdirsə, rastlaşdığı, üzə çıxardığı nöqsanları çəkib ictimailəşdirsə,əsl vətənpərvər kimi cəmiyyətə daha çox fayda vermiş olar.



Yeri gəlmişkən, bu sahədə də onun diqqətli davranmasına ehtiyac var. Elə götürək ötən həftə 9 saylı Binəqədi ikinci Seçki Dairəsinin deputatlığa namizədi Kamaləddin Qafarova qarşı küçədə 3 qadını öyrədərkən çəkilib yayılan videokadrları. Həmin görüntülər M.Hüseynovun indiyə qədər az-çox qazandığı nüfuzuna böyük zərbə vurdu. Burada söhbət "qara piar"dan gedirdi ki, öyrədilən qadınlar Kamaləddin Qafarovun seçiciləri ilə görüşü zamanı qarışıqlıq salmalı idilər. Digər tərəfdən müxalif təmayüllü bu şəxsin mövzuya həssaslığını da nəzərə alsaq, M.Hüseynov bunu etməməli idi.

 

Axı, bir adam hamıda nöqsan axtarırsa, o ilk növbədə öz hərəkətlərini,danışığını ədəbi dilin normaları səviyyəsində korrektə etməyi bacarmalıdır, şit-şit gülüb söhbəti lağlağıya çevirməməlidir. Bundan əlavə, onun bu hərəkəti normal deputatlığa namizəd davranışı idimi, sualı ətrafında düşünməlidir.



Belə olan halda Mehman Hüseynova meydan verən saytlar da diqqətli olub, yayımladıqları xəbərlərin hansı məqsədə hesablanmış olduğunu müəyyən ehtimallarla nəzərə almalıdırlar.



Bəlkə, Mehman Hüseynovun məqsədi heç Milli Məclisə seçilmək deyil? Bəlkə onun məqsədi beynəlxalq müşahidəçilərdə Azərbaycanda keçiriləcək parlament seçkiləri haqqında mənfi rəy yaratmaqdır? Çünki seçkilərə qiymət iki hala görə veriləcək. İkinci mərhələ seçki prosesinin nə dərəcədə şəffaf keçirilməsidirsə, birinci mərhələ seçki gününə qədərki proseslərin qiymətləndirilməsidir. Düzdür, indiyə kimi Azərbaycanda seçkilərin ideal keçirilməsini heç kim birmənalı qəbul etməyib.



Amma nəzərə alanda ki, "seçkinin ilkin və seçki gününə qədərki vəziyyəti gərgin pozuntularla müşayət olunub" kimi təsəvvür yaradılır, onda Mehman Hüseynovun nə etmək istədiyiyini sezməmək bir o qədər çətin deyil. /Faktinfo.az/

Versus.Az

Xəbər lenti

MSK daha beş seçki məntəqəsində nəticələri etibarsız sayıb

"Baxış nəticəsində məlum olub ki, 16 protokol orijinal protokollarla eynilik təşkil edir"

İsmayıl Vəliyev Neftçala RİH başçısı vəzifəsindən azad edilib

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü olub

Bərdədə kollec direktoru və müavini rüşvətə görə tutulub

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 11 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

“Səslə bizi Xocalı! Cavanı, həm qocanı” - MUZEYDƏ TƏDBİR

Bu saxtakarlığın arxasında başqa hansı məmurlar var?

Sabahın hava proqnozu

Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək

Doktor Dulittlın heyrətamiz səyahəti filminin qapalı təqdimatı keçirildi

Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol xətti ilə axtarır

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər

Laçın və Kürdəmir sakinlərindən silah götürülüb

"Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü üçün iş aparılır"

Bakıda yerli məhsulların sərgisi keçirilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Tərtərin icra rəhbərliyi prezidentin sərəncamına niyə məhəl qoymur?

10 saylı Binəqədi 3-cü secki dairəsindən deputatlığa namizədlər BƏYANAT yaydı

64 il əvvəl -Şərqdə ilk televiziya 

Bakı Avropanın ən romantik şəhərləri reytinqində yer alıb

Prezident İlham Əliyevin Almaniyaya səfəri başlayıb

Dünyanın ən yaraşıqlı kişisi- Siyahı

Koronavirus: Bakıda 2 nəfər müalicə alır - Rəsmi

Mübariz Süleymanlı ömrünün 58-ci ilində

Əlabbas Məhərrəmlidən seçkilərin nəticələrinə etiraz

Hava şəraiti yollarda sürət həddini endirib

Bakı Şəhər İcra Hakimiyyətinə yeni mətbuat katibi təyin edilib

Çavuşoğlu və Lavrov Münhendə görüşəcəklər


Röya: “Brilliant məni qapıdan qovur” – VİDEO

Uşağın beynini gücləndirən qidaların – Siyahısı

Muzey əməkdaşları film çəkilişində iştirak ediblər