Rəssam traktorun köməyilə koronavirus “yaratdı” - FOTO

11:40 04-02-2020 | icon 133 | Maraqlı
Rəssam traktorun köməyilə koronavirus “yaratdı” - FOTO

İtalyan fermer və rəssam Dario Qambarin Verona şəhərindəki əkin sahəsində koronavirusa həsr edilmiş “əsərini” təqdim edib.

 

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Qambarin traktorun köməyilə Çin heroqlifləri təsvir edib və virusun adını latın hərfləri ilə yazıb. Bununla da o, “2019-nCoV” tipli koronavirusla mübarizəyə diqqəti cəlb etmək istəyib.

 

Xatırladaq ki, dekabrın 31-də Çin hökuməti ölkənin mərkəzi hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə Dünya Səhiyyə Təşkilatına məlumat verib.

 

Mütəxəssislər xəstəliyin törədicisini təyin edərək, bunun “2019-nCoV” koronavirus olduğunu bildiriblər. Yeni epidemiya ilə əlaqədar Çinin, demək olar ki, bütün şəhərlərində karantin elan olunub.

 

Xəstəliklə əlaqədar hər gün onlarla insan həyatını itirir. Son məlumatlara görə, virusa yoluxanların sayı 17205 nəfərə yüksəlib, onlardan 2296-nın vəziyyəti ağır qiymətləndirilir, ölənlərin sayı isə 521 nəfərə çatıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

HANI BU QANIN YİYƏSİ?!

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

Erməni hannibalizmi: Xocalıda azərbaycanlıların orqanları niyə çıxarılırdı?

Sabah Bakıda hava çiskin olacaq