QƏNİRƏ PAŞAYEVA Tovuzun kəndlərini məhəllə-məhəllə gəzməyə davam edir - FOTO

12:10 04-02-2020 | icon 164 | Foto&Video
QƏNİRƏ PAŞAYEVA Tovuzun kəndlərini məhəllə-məhəllə gəzməyə davam edir - FOTO

Tovuzun kəndlərini məhəllə-məhəllə gəzməyə davam edən Qənirə Paşayeva bu dəfə doğulduğu və böyüdüyü Düz Qırıqlı kəndində sakinlərlə, şəhid ailələri, Qarabağ müharibəsi əlil və veteranları ilə görüşüb, problemləri ilə maraqlanıb.

 

Versus.Az xəbər verir ki, böyüyüb boya-başa çatdığı Düz Qırıqlı kəndinin seçiciləri Qənirə Paşayevaya hər zaman yanındayıq dedi:

 

"Əziz Düz Qırıqlı sakinləri düz 14 il əvvəl ilk dəfə seçkilərdə iştirak edəndə sizə bir söz verdim. Bütün fəaliyyətim dövründə gücümün çatdığı qədər sizə, bütün seçicilərimə, millətimizə və dövlətimizə xidmət edəcəm. 14 illik deputat fəaliyyətim dövründə də hər gün bu düşüncə ilə yaşadım və çalışdım. 14 il ərzində Düz Qırıqlının problemlərinin böyük hissəsi öz həllini tapdı. Bilirəm, hələ də həllini gözləyən məsələlər var. Bundan sonra da həmin məsələlərin öz həllini tapması istiqamətində yenə də əlimdən gələni əsirgəməyəcəm. Bilirsiniz ki, mən hər zaman sizin yanınızda oldum. Çünki bu mənim bir borcumdur. Vəzifə ilə yanaşı həm də insanlıq borcumdur və bundan sonra da harada çalışmağımdan asılı olmayaraq gücümün çatdığı qədər hər zaman sizin yanınızda olacam."

 

Q.Paşayeva həmçinin ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə  dövlət tərəfindən həyata keçirilmiş böyük işlərdən və dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət, qayğı barədə danışıb, seçicilərlə fikir mübadiləsi aparıb.

 

 Qənirə Paşayeva ona hər zaman etimad və dəstək göstərən Düz Qırıqlı seçicilərinə təşəkkür edərək təkrar etimad göstərərlərsə bundan sonra da onları layiq olduqları səviyyədə təmsil etmək üçün yorulmadan çalışacağını bildirib. Düz Qırıqlı sakinləri Qənirə Paşayevaya 14 illik fəaliyyəti dövründə etimadlarının nəinki azalmadığını əksinə daha da artdığını deyiblər. "Bu 14 ildə respublika daxilində və beynəlxalq qurumlarda fəaliyyətinizlə bizdə doğru seçim etdiyimiz fikrini hər gün daha da gücləndirdiniz, hər yerdə səsimiz oldunuz və ən əsası hər zaman bizdən birimiz olaraq müraciətlərimizə, problemlərimizə və qayğılarımıza diqqətlə, həssaslıqla yanaşdınız. Ona görə səsimizlə, etimadımızla sizə tam dəstəyimiz davam edəcək" deyən kənd sakinləri Qənirə Paşayevaya uğurlar diləyiblər.

 

        Q.Paşayeva həmçinin bir sıra şəhid ailələri, müharibə əlilləri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb və hər zaman yanızdayıq deyib. Seçkilərdə təkrar ona dəstək və etimad göstərəcəyini deyən şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, veteranlarına dərin təşəkkürünü bildirən Q.Paşayeva sizin bu dəstəyinizin mənim üçün mənəvi anlamda da çox böyükdür deyib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Səni bu günə kim salıb, Yardımlı?..

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

BSU-nun rektoru, professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Bakıda 2-ci İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

Hava yağıntılı olacaq