"MSK bir-birinə pul təklif edən şəxslərin namizədliyini ləğv etməlidir"

18:52 04-02-2020 | icon 337 | Siyasət
"MSK bir-birinə pul təklif edən şəxslərin namizədliyini ləğv etməlidir"

Xəbər verdiyimiz ki, deputatlığa namizəd Hadı Rəcəblinin xalqı təhqir etməsi iddia edildi. Qeyd edək ki, bu iddia ilə 74 saylı Lənkəran kənd dairəsindən deputatlığa namizəd Aqşin Misranlı çıxış edib.

 

Versus.Az xəbər verir ki, Müasir Müsavat Partiyasının (MMP) sədri, deputatlığa namizəd Hafiz Hacıyev bildirib ki, Hadı Rəcəblinin xalqı bu cür təhqir etməsi insanlarımızda çox böyük qıcıq yaradıb.

 

Hadı Rəcəbli kimi insanların niyə xalqın qəzəbini qazanmağa çalışdığını anlamadığını deyən H.Hacıyev ümumiyyətlə bəzi namizədlərin bu kimi davranışları xalqda çox böyük qəzəb yaradır:

 

"Düşünürəm ki, bunun qarşısı təcili alınmalıdır. Hadı Rəcəblinin xalqı bu cür təhqir etməsi, bəzi namizədlərin digərinə pul təklif etməsi bizim üçün böyük biabırçılıqdır. Mərkəzi Seçki Komissiyası Hadı Rəcəblinin, bir-birinə pul təklif edən şəxslərin namizədliyini ləğv etməlidir. Onlar təcili seçkilərdən kənarlaşdırılmaldır. Şəffaf seçki şəraiti formalaşdırılmalıdır. Nənəsi vaxtı ilə ermənilərin arvadı olan şəxsləri, Hadı Rəcəbli kimi xalqı təhqir edənləri parlamentə buraxmaq olmaz. Düşünürəm ki, bu barədə Mərkəzi Seçki Komissiyası qabaqlayıcı tədbirlərini görməlidir".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

HANI BU QANIN YİYƏSİ?!

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

Erməni hannibalizmi: Xocalıda azərbaycanlıların orqanları niyə çıxarılırdı?

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

Sabah Bakıda hava çiskin olacaq