Bu məcburi köçkünlərə köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir

21:49 04-02-2020 | icon 367 | Cəmiyyət
Bu məcburi köçkünlərə köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir

Bu qadınlara və onların uşaqlarına isə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir

 

Kürdəmir peşə liseyinin yataqxanasında bir neçə ailənin hələ də ağır vəziyyətdə yaşaması və yeni mənzilə köçürülməməsi barədə məlumat yayılıb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, 28 dekabr 2019-cu ildə Kürdəmir şəhərində 563 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib.

 

Kompleksə Kürdəmir rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşan məcburi köçkünlər köçürülüb. Bundan başqa, ətraf rayonlarda ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrdən də burada mənzillə təmin edilənlər var.

 

Kürdəmirdə köçürülmənin başlandığı ilk obyektlər peşə liseyinin inzibati binası və iki yataqxanası olub. Bu obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrdən 135-nə yeni yaşayış kompleksində mənzil verilib. Mövcud qaydaya əsasən, 4 ailəyə mənzil verilməyib.

 

Həmin ailələrə yeni mənzilin verilməməsi onların mövcud əmlak və status vəziyyəti ilə əlaqədar olub.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bir daha bəyan edir ki, məcburi köçkünlərə yeni mənzillərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən ədalət və şəffaflıq prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Həmin Qaydanın 2.11.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir.

 

Bundan başqa, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.2. bəndinə əsasən, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinin NƏTİCƏLƏRİ

Masallı və Biləsuvar rayonlarında Şəhid ailələri və məzarları ziyarət edilib

Hepatitlə bağlı hər kəsi maraqlandıran AÇIQLAMA

"“Kütləvi informasiya vasitələri haqqında” qanun YENİLƏNMƏLİDİR"

Daha iki qərar ləğv edildi

Məktəblərlə bağlı gözlənilməz AÇIQLAMA

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının NƏTİCƏLƏRİ

İki başlı uşaq doğuldu - FOTO

Bu gün Milli Musiqi Günüdür

DİM-dən abituriyentlərə XƏBƏRDARLIQ

Şəhadətin mübarək, ŞƏHİDİM

İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Qaraciyər xəstələri və hepatitlər üçün - ÜZÜMLƏ DETOKS

Müəllim şagirdi döyərək öldürdü