Xalq artisti səhhətindən danışdı

09:18 05-02-2020 | icon 96 | Mədəniyyət
Xalq artisti səhhətindən danışdı

Əlibaba Məmmədov: “90 yaşlı adam necə olar?”

 

"Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunduğumu sizdən eşidirəm".

 

Versus.Az “Report”a istinadən xəbər verir ki, bunu açıqlamasında bu gün 90 yaşı tamam olan Xalq artisti Əlibaba Məmmədov deyib.

 

O, təltif edilməsinə görə, ölkə rəhbərliyinə minnətdarlığını bildirib:

 

“Prezident İlham Əliyevə və Birinci-vitse prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Onlar hər zaman mənim sənətimə yüksək qiymət veriblər. Bu diqqət və qayğıdan çox razıyam. Bunu heç vaxt unutmamışam, heç vaxt da unutmayacağam. Sağ olsunlar”.

 

Xalq artisti səhhəti ilə bağlı da danışıb: 

“Yaşla əlaqədar səhhətimdə bəzi çətinliklər var, amma özümü yaxşı hiss edirəm. 90 yaşlı adam necə olarsa, mən də eləyəm”.

 

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 1930-cu ilin fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Sabah onun 90 illik yubileyidir.

 

Prezident İlham Əliyev fevralın 4-də Əlibaba Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Səni bu günə kim salıb, Yardımlı?..

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

BSU-nun rektoru, professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub

Bakıda 2-ci İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Hava yağıntılı olacaq

Azərbaycan Ombudsmanı bəyanat yayıb