FƏRƏC QULİYEV: Hesabatlılıq və şəffaflığın artırılması, Xərclər ünvanlı olmalı - FOTO

09:26 05-02-2020 | icon 101 | Foto&Video
FƏRƏC QULİYEV: Hesabatlılıq və şəffaflığın artırılması, Xərclər ünvanlı olmalı - FOTO

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputatlığa namizəd Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib.

 

Həmin təklifləri hissə-hissə təqdim edirik.

27-ci hissə


160.Xarici siyasətlə bağlı: (30.05.2019)

Sazişdə göründüyü kimi Gürcüstan hökuməti, Moldova və Ukranya imza qoymayıbdı və mən hesab edirəm ki, doğru da edib imza qoymayıblar. Çünki Rusiya tərəfindən bu ölkələrin əraziləri işğal olunub. Həm Krımın, həm Gürcüstan ərazilərinin işğalı, Denestriyanı probleminin yaradılması təbii ki, buna ciddi şəkildə təsir edibdir. Azərbaycanda Dağlıq Qarabağ probleminin Rusiya tərəfindən yaradıldığı ortadadı, bunu heç kim dana bilməz və üstəlik də ən azından Rusiya və ərazilərimizi işğaledən Ermənistanla ortaq ordu yaradıb. Bizim - Azərbaycanın prinsiplərindən biri qoşulmama hərəkatına sadiq qalmaqdı. Bu sazişin onuncu maddəsində göstərilir ki, bu saziş qoşulma haqqında sənədləri depozatariya təqdim etməklə onun müddəalarını bölüşən digər dövlət üçün də qoşulmaya açıqdır. Yəni bu qoşulma halıdır faktiki olaraq. Biz birinci bu prinsipi pozuruq, ikinci bir tərəfdən bizim mütəxəssislərin hazırlanması üçün Türkiyə ilə də, sazişimiz vardır, digər NATO dövlətləri ilə də sazişlərimiz vardır. Ordumuzun özünün də modernləşməsi daha çox qərb dövlətləri ilə - NATO prinsipləri ilə həyata keçirilir. Mən hesab edirəm ki, biz MDB ilə tədricən yaxınlaşmadan çox uzaqlaşma siyasəti yürütməliyik.Nə qədər ki, Rusiyanın Ermənistanla məlum münasibəti ortadadı, bir ortaq ordu yaradırlar və s. Ermənistanın da iştirak etdiyi belə blokda - MDB-də tədricən aralanmaya, tədricən qırılmaya daha çox meyil etməliyik, nəinki belə məsələlərə imza qoymağa. Mən hesab edirəm ki, bizim də mövqeyimiz Moldova, Ukranya və Gürcüstan kimi olmalıdır.

161.Neftdən asılı olmayan büdcə siyasəti yürütməli: (31.05.2019)

2017-ci ildən fərqli olaraq 2018-ci ildə Dövlət Neft Fondunun transferinin əhəmiyyətli dərəcədə artırılması ilə əlaqədar olaraq dövlət büdcəsinin gəlirlərinin tərkibində xüsusi çəkilər, qeyri-neft sahələrindən daxilolmalar üzrə azalmış, neft sahələrindən daxil olmaq üzrə isə artmışdır. Bu isə nəzərdə tutulan neftdən asılı olmayan büdcə siyasətinə ziddir. Buna görə yeni axtarışlar vacibdir və hesab edirəm prezident tərəfindən son təyinatlar və yeni komandanın formalaşması bunu göstərir ki, belə bir istəyi həyata keçirmək və neftdən asılı olmayan büdcə siyasətini həyata keçirmək mümkün olar və bu istiqamətdə çalışmalar vacibdir.

162.Hesabatlılıq və şəffaflığın artırılması: (31.05.2019)

Dövlət borcunun idarəedilməsində hesabatlığın və şəffaflığın artırılması, yenidən borclanma riskinin azaldılması məqsədi ilə borcdan istifadə edən subyektin fəaliyyətinin şəffaflığı təyin olunmalı və borcun istifadə istiqamətləri göstərilməlidir. Dövrü olaraq dəyişən faiz dərəcəli borc yükü üzrə monitorinqlərin aparılması da zəruridir. Çünki belə bir monitorinqlər olmayanda bu borc siyasəti ilə bağlı olaraq avanturist layihələr ortaya çıxır və avanturist layihələrdən istifadə eləməklə də Azərbaycan dövlət büdcəsinə nə qədər zərər vurulması da ortadadı. Sonra dövlət həmin borcları, bu avanturistlərin dağıtdığı vəsaitləri qaytarmaq məcburiyyətində qalır.

163.Xərclər ünvanlı olmalı: (31.05.2019)

Birdəfəlik təyinatlı xərclər anlayışının xərclər üzrə ünvanlı təqdimi olmalıdır. Yəni xərclərin ümumi anlayışlarla təqdimatı şəffaflıq və hesabata kölgə saldığı üçün bu ünvanlı şəkildə göstərilməsi büdcədə vacibdir.

164.Dövlət proqramlarının icrası ilə bağlı: (31.05.2019)

Hesabatlılıq və şəffaflığın artırılması üçün həm də dövlət büdcəsi vəsaitinin nəticəliliyinin qiymətləndirilməsi baxımından dövlət proqramlarının icrası barədə məlumatların adlı və açıqlanmış şəkildə dövlət büdcəsinin icrası ilə bağlı hesabata daxil edilməsi zəruridir. Bu yanaşma indiki sənəddə mövcud deyil amma bu da vacibdir çünki bəzi dövlət proqramları yüksək səviyyədə həyata keçirilir amma bəzilərində isə məsuliyyətsizlik olur, bütövlükdə isə bu proqramların həyata keçirilməsi haqqında fərqli bir düşüncə yaranır ki, proqramlar normal həyata keçirilmir. Ona görə bu yanaşma mütləq nəzərə alınmalıdır.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

10 saylı Binəqədi 3-cü secki dairəsindən deputatlığa namizədlər BƏYANAT yaydı

"Bəzi dairələr buraxılacaq"

Çində koronavirusa yoluxanların sayı 68,5 minə çatıb

Münhendə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-müzakirələr keçirilib- VİDEO

Bakı milyonçusunun “Quran” oxuya bilməyən qızının taleyi necə dəyişdi? - FOTO

Mayk Tayson Uaylder – Fyuri görüşünün promoçarxını təqdim etdi - VİDEO

5 ölkə İrandan təcili kompensasiya ödəməyi tələb edib

Azərbaycanı təmsil edən idmançı Avropanın ən yaxşısı seçildi - FOTO

“Milyon da təklif etsələr, toyda aparıcılıq etmərəm”

Gürcüstanda rusiyalı turistlər qar uçqunu altında qalıb

Gəncədə şəhidimizin dəfn mərasimi keçirilir - FOTO - VİDEO - YENİLƏNİR

“57 saylı dairənin məntəqələrində baş verən seçki saxtakalığının ədalətli araşdırılmasını istəyirik” - VİDEO

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

Bakı Sumqayıt şossesində yol qəzası baş verib

 Qalib namizədlər  fəaliyyət planlarını açıqladı