Bu universitetində Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaradıldı

09:49 05-02-2020 | icon 167 | Təhsil
Bu universitetində Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaradıldı

Kamal Abdulla: "Klassik dillər və mədəniyyətlər filologiyanın çox böyük məsələsidir"

 

Azərbaycan Dillər Universitetində Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaradılıb.

 

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Versus.Az xəbər verir ki, ali təhsil ocağının Elmi Şurasının qərarı ilə ölkədə ilk dəfə yaradılan institutun fəaliyyəti çoxşaxəli və səmərəli olacaq.

 

Universitetin rektoru akademik, Xalq yazıçı Kamal Abdulla Klassik Dillər və Mədəniyyətlər İnstitutunun yaradılmasının Azərbaycanın filologiya, humanitar elmlər sahəsində oynayacağı böyük roldan danışıb. Rektor qeyd edib ki, institutun yaradılması çoxdan planlaşdırılan məsələ olub:

“Azərbaycanda filologiya, humanitar elmlər sahəsində belə bir addıma çoxdan ehtiyac var idi. Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaxın gələcəkdə Azərbaycanın bu sahə ilə maraqlanan bütün mütəxəssisləri üçün gərəkli və vacib elm mərkəzinə çevriləcək. İnstitut Qədim Yunan, Çin, Latın və Sanskrit dilləri və mədəniyyətlərinin öyrənilməsi istiqamətində artıq konkret işlər həyata keçirir. Ümid edirəm ki, ADU-dan kənarda da bu institutun fəaliyyəti diqqət mərkəzində olacaq. Eyni zamanda bu dillərin özü ilə gətirdiyi mədəniyyətlərdən söhbət gedir. Bu mədəniyyətlərin də bir-birini tamamlayaraq öyrənilməsi bizim üçün həm Azərbaycan dilində, həm mədəniyyətimizdə, həm öyrəndiyimiz dillərdə olan yeni qatları üzə çıxaracaq. Biz bu yeni qatlardan istifadə edərək öz mədəniyyətimizin daha dərin qatlarına enə biləcəyik və öyrəndiyimiz dillərin uyğun, adekvat, qədim mənzərəsi ilə qarşı-qarşıya duracağıq. Bu dillərin öyrənilməsi bu gün müasir Hind-Avropa dillərinin öyrənilməsinin çox effektiv üsuludur”.

 

Akademik Kamal Abdulla əlavə edib ki, klassik dillər və mədəniyyətlər filologiyanın çox böyük məsələsidir. Bu dillərə ilk növbədə latın dili, qədim yunan dili, sanksrit daxildir:

“Bundan başqa qədim pəhləvi dili, qədim Çin dili də var. Bu dilləri öyrənmədən, bilmədən, onlar haqqında təsəvvürə malik olmadan müasir filologiyanın sirlərinə bələd ola bilməzsən. Filologiya klassik dillərin tədrisi olmadan tam və bütöv şəkildə filologiya ola bilməz. Bu mənada universitetimizdə hələlik dörd dillə klassik dillərin öyrədilməsinə başlamaq niyyətindəyik. Əsas məsələ odur ki, biz təkcə bu dilləri öyrənməyəcəyik, qeyd etdiyim kimi, bu dillərin özü ilə gətirdiyi mədəniyyətləri öyrənəcəyik. Ona görə də bu dilləri tədris edən mütəxəssislərin hərtərəfli formalaşmış mütəxəssislər olmasına ehtiyac var. Müxtəlif ölkələr, onların universitetləri ilə, o ölkələrin bizdəki səfirləri ilə faydalı danışıqlar aparmışıq. Hindistan, İtaliya, Rumıniya, Çin, Yunanıstan səfirlikləri bizə bu istiqamətdə kömək edəcəklər.

Bu ölkələrin universitetlərində qeyd etdiyim dillərin mütəxəssisləri var. İnanıram ki, ilk dəfə ADU-da yaradılan Klassik Dillər və Mədəniyyətlər İnstitutu humanitar elmimizə, filoloji düşüncəmizə çox böyük xidmət olacaqdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Səni bu günə kim salıb, Yardımlı?..

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

BSU-nun rektoru, professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub

Bakıda 2-ci İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Hava yağıntılı olacaq

Azərbaycan Ombudsmanı bəyanat yayıb