Moskvada “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb

11:54 05-02-2020 | icon 729 | Mədəniyyət
Moskvada “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb

Moskvada Rusiya Dövlət Şərq Muzeyində “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb. 

 

Versus.Az xəbər verir ki, Rusiya Dövlət Şərq Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan və Rusiya Mədəniyyət nazirlikləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə açılmış “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgidə 40-dan çox eksponat nümayiş olunur.

 

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, Azərbaycan xalçasının UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsinin 10 illiyinə həsr edilmiş bu sərgidə ötən əsrin 20-70-ci illərində “Azərxalça” İstehsalat Birliyində hazırlanmış, maraqlı süjet kompozisiyalarından ibarət xalçalar təqdim olunur:

“Azərbaycan xalçası xalqımızın tarixinin bütün dövrlərini əks etdirən rəmzdir. Sovet vaxtı bir çox milli sənətlər unudulsa da, Azərbaycanda xalçaçılıq sənəti inkişaf edir, milli xalçalarımız bütün dünyaya ixrac olunurdu. Məşhur rəssamlarımız Lətif Kərimov, Mikayıl Abdullayev, Qəzənfər Xalıqov, İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və başqalarının eskizləri əsasında hazırlanmış xalçalar indi də dünyanın məşhur muzeylərində saxlanılır. Bu ənənə hazırda uğurla davam etdirilir”.

 

Şərq Muzeyinin direktoru Aleksandr Sedov isə çıxışında qeyd edib ki, onların muzeyində də ötən əsr Azərbaycanına aid bir sıra eksponatlar var:

“Biz onları da sərgidə nümayiş etdiririk. Bu, işləmələr, çini qablar və digər eksponatlardır. Sərgini gələcəkdə Bakıda və daha sonra digər xarici ölkələrdə nümayiş etdirmək niyyətindəyik”.

 

Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova bu maraqlı ekspozisiyanın nümayişinin Azərbaycan mədəniyyətinin Rusiyada təbliği istiqamətində atılan daha bir uğurlu addım olduğunu vurğulayıb.

 

Qeyd edək ki, “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” sərgisində 40-dan çox eksponat – xalçalar, plakatlar, əl işləri, kitab qrafikası, teatr afişaları və tikmələr nümayiş etdirilir. Sərgi martın 1-dək davam edəcək. /APA/

 

Versus.Az

Xəbər lenti

MSK daha beş seçki məntəqəsində nəticələri etibarsız sayıb

"Baxış nəticəsində məlum olub ki, 16 protokol orijinal protokollarla eynilik təşkil edir"

İsmayıl Vəliyev Neftçala RİH başçısı vəzifəsindən azad edilib

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü olub

Bərdədə kollec direktoru və müavini rüşvətə görə tutulub

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 11 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

“Səslə bizi Xocalı! Cavanı, həm qocanı” - MUZEYDƏ TƏDBİR

Bu saxtakarlığın arxasında başqa hansı məmurlar var?

Sabahın hava proqnozu

Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək

Doktor Dulittlın heyrətamiz səyahəti filminin qapalı təqdimatı keçirildi

Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol xətti ilə axtarır

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər

Laçın və Kürdəmir sakinlərindən silah götürülüb

"Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü üçün iş aparılır"

Bakıda yerli məhsulların sərgisi keçirilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Tərtərin icra rəhbərliyi prezidentin sərəncamına niyə məhəl qoymur?

10 saylı Binəqədi 3-cü secki dairəsindən deputatlığa namizədlər BƏYANAT yaydı

64 il əvvəl -Şərqdə ilk televiziya 

Bakı Avropanın ən romantik şəhərləri reytinqində yer alıb

Prezident İlham Əliyevin Almaniyaya səfəri başlayıb

Dünyanın ən yaraşıqlı kişisi- Siyahı

Koronavirus: Bakıda 2 nəfər müalicə alır - Rəsmi

Mübariz Süleymanlı ömrünün 58-ci ilində

Əlabbas Məhərrəmlidən seçkilərin nəticələrinə etiraz

Hava şəraiti yollarda sürət həddini endirib

Bakı Şəhər İcra Hakimiyyətinə yeni mətbuat katibi təyin edilib

Çavuşoğlu və Lavrov Münhendə görüşəcəklər


Röya: “Brilliant məni qapıdan qovur” – VİDEO

Uşağın beynini gücləndirən qidaların – Siyahısı

Muzey əməkdaşları film çəkilişində iştirak ediblər