"Hər şey yaxşı olacaq, problemlər həllini tapacaq" - FOTO

20:47 05-02-2020 | icon 947 | Foto&Video
"Hər şey yaxşı olacaq, problemlər həllini tapacaq" - FOTO

KÖNÜL İSMAYILOVA: "Problemin həlli yolları münasibətlərdədir, öncə münasibətlər sistemi düzgün qurulmalıdır"

 

Növbədənkənar Parlament seçkilərinə 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd KÖNÜL İSMAYILOVAnın müsahibəsi.

 

-  Könül xanım, ilk öncə fevralın 9-da keçiriləcək seçkilərdə sizə uğurlar arzulayırıq.

 

- Çox sağ olun.

 

- Gəlin Sizi oxucularımıza və seçicilərinizə daha yaxından tanıdaq. Könül İsmayılova kimdir?

 

"Gələcəyimiz olan gənclərimizin etimadını doğruldacam"

- Mən İsmayılova Könül Vaqif qızı 1978-ci il mart ayının 28-də Azərbaycan Respublikası, Laçın rayonunda ziyalı ailəsində anadan olmuşam. 1985-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 244 saylı orta məktəbin 1-ci sinfinə qəbul olub, 1995-ci ildə Binəqədi rayon 267 saylı məktəbi bitirdim. Həmin ili Bakı Qızlar Universitetinin Psixologiya fakültəsinə daxil oldum. 1999-cü ildə həmin ali məktəbi bitirib, Nizami rayonunda 220 saylı məktəb - lisey kompleksində Psixoloq vəzifəsində işə başladım. Həmçinin, 2000-ci ildə Respublika Uşaq Təşkilatının Nizami rayon şöbəsinin sədri təyin olunmuşam. 2003-cü ildən 2014-cü ilə qədər Sumqayıt Müəllimlər İnstitunda işləmişəm. 2015-ci ildən etibarən Müasir Müsavat Partiyasında ideoloji məsələlər üzrə sədr müavini vəzifəsində işləyir.

Onu da bildirim ki, Azərbaycan Respublikası 2018 ci il Prezident seçkilərində səlahiyyətli nümayəndə vəzifəsini layiqincə icra etmişəm.

 

- Könül xanım, bir çox namizəd özünün məram və görəcəyi işlər barədə açıqlamalar veriblər. Sizin seçki platformanız nədən ibarətdir?

- Məqsədim parlament müzakirələrində fəal iştirak etmək, çıxışlarımla gələcəyimiz olan gənclərimizin etimadını doğrultmaq, dövlət və hökumətimizin gənclər siyasətini dəstəkləməkdir. Vətəndaşların, yaşlı nəslin sağlamlıq durumlarının yaxşılaşdırılmasını təmin etmək, müəyyən xəstəliklərin ağırlaşmasının qarşısını almaq üçün vaxtında, mütəmadi şəkildə profilaktik müayinələrin aparılması istiqamətində Milli Məclisdə çıxışlarım və problemin həlli yönündə fəaliyyətimlə hər bir seçicinin rəğbətini qazanacağımdan, bunun üçün var qüvvəmi, bilik və bacarığımı sərf edəcəyimdən əminəm.

Sivil bir cəmiyyətin formalaşmasının təməli onun təhsilinin və səhiyyəsinin inkişafından asılıdır. Məqsədim məcburi köçkünlərin yaşadığı ərazilərdə təhsil və səhiyyə xidmətlərinin daha da gücləndirilməsi üçün məktəblərdə əlavə dərnəklərin, kitabxanaların, idman - sağlamlıq mərkəzlərinin, ehtiyac olan ərazilərdə apteklərin açılmasının vacibliyini və digər məsələləri Milli Məclisdə müzakirələrdə səsləndirməkdir.

 

"Namizədin formalaşmış imici olmalıdır"

- Bəs seçicilər arasında təbliğat-təşviqat kampaniyasını hansı üsullarla aparırsınız?

 

- Hazırda bu sahədə təbliğat-təşviqat kampaniyası bir çox istiqamətlərdə davam edir. Seçicilərlə canlı şəkildə görüşürük. Onlarla tək-tək görüşürəm. Eyni zamanda, sosial şəbəkə üzərindən daha aktiv işləyirik. Fəal "Facebook" istifadəçisi olaraq maksimum dərəcədə çalışıram ki, məhz həmin bölgənin insanları ilə ünsiyyətdə olum. Seçicilərlə görüşlərimiz və video-müraciətlərimiz mütəmadi şəkildə sosial şəbəkədə yayımlanır. Gəldiyim qənaət odur ki, həmin ərazidən gənclər və fəal sosial şəbəkə istifadəçiləri var. Çalışıram ki, fərqli və peşəkar şəkildə təbliğat-təşviqat kampaniyası aparım. Bir namizədin formalaşmış imici olmalıdır, onun müraciəti və məsələlərə yanaşması çox əhəmiyyətlidir. Seçicilər namizədi sosial şəbəkə üzərindən tanımağa çalışırlarsa, deməli, həmin insan hər bir rəftarında, davranışında, münasibətində diqqətli olmalıdır.

"Problemlərinə öz problemim kimi yanaşacam"

 

- Namizədliyinizi irəli sürdüyünüz dairədə insanların əsas problemləri nədir?

- Namizədliyimi irəli sürdüyüm rayonda ən çox narahat doğuran məqam insanların ümidsizlik və inamsızlıq hissləri ilə yaşamasıdır. Bu problem vaxtında həllini tapmasa, gələcəkdə də davam edəcək. Ona görə də bir namizəd olaraq ilk görməli olduğum və atacağım addım inamsız insanlara hansısa sahədə köməklik göstərmək və onları buna inandırmaqdır. Onlara deməliyik ki, səsvermə prosesində iştirak edərək layiqli namizədinizi seçsəniz, hər şey yaxşı olacaq, problemlər həllini tapacaq və onların dərdlərinə biganə yanaşılmayacaq. Hazırda seçiciləri buna inandırmağa çalışırıq. Əlimdən gəldiyi qədər çalışacağam ki, insanlardakı bu inamsızlığı aradan qaldırım. Çalışıram ki, görüşlərdə hamıya fərdi yanaşım. Hər bir insanın probleminə öz problemim kimi yanaşıram və seçildikdən sonra da belə olacaq. Əgər seçici görsə ki, probleminə öz problemin kimi yanaşırsan, onda həmin şəxs ümidsizlik sferasından bir addım çıxmağa çalışacaq. Bəzən elə problemlərlə rastlaşırıq ki, onun bəsit həll yolları var. Deməli, əsas problem insanlarla təmasdadır. Hər bir namizəd, deputat və ya məmur vətəndaşlara açıq olmalı, onunla birbaşa təmas qurmalıdır. Kənarda oturub problemin həllini tapmaq mümkün deyil. Hər bir problemin həlli yolları insanlarla olan münasibətdədir. Odur ki, öncə münasibətlər sistemi düzgün qurulmalıdır.

 

- Könül xanım, seçkilərdə qalib gəlmək şansınızı necə qiymətləndirirsiniz?

- Biz demokratik bir ölkədə yaşayırıq. Əlbəttə ki, bizi xalq seçəcək. Seçicilərimin mənə qarşı olan rəğbətinindən, hətta tanımayanların belə tanışlıqdan sonra mənə qarşı yaranan xoş və inam dolu münasibətindən qalib olmaq şansımın yüksək olduğuna əminəm. Seçicilərimlə hər növbəti görüşümdə insanların daha fəal olmaları, xoş, səmimi münasibətləri məndə özünəgüvən hissini daha da gücləndirir, qalib olmaq şansıma inamımı artırır. Əlbəttə ki, hər seçki dairəsindən bir namizəd seçilir. Bu baxımdan sağlam rəqabət şəraitində bütün layiqli namizədlərə uğurlar arzulayıram!

 

- Biz də sizə uğurlar arzulayırıq!

 

- Təşəkkür edirəm! Dövlətimiz, xalqımız üşün xeyirli olsun.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

HANI BU QANIN YİYƏSİ?!

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

Erməni hannibalizmi: Xocalıda azərbaycanlıların orqanları niyə çıxarılırdı?

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

Sabah Bakıda hava çiskin olacaq