"Azərbaycan kifayət qədər müsbət işlər görüb"

14:58 02-05-2018 | icon 199 | Siyasət
"Azərbaycan kifayət qədər müsbət işlər görüb"

"Azərbaycan insan alverinə qarşı mübarizədə lazımi tədbirlər görür".

 

Versus.Az xəbər verir ki, bunu Mili Məclisin vitse-spikeri Bahar Muradova parlamentin İnsan hüquqları komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında deyib.

B.Muradova bildirib ki, Azərbaycanın bu sahədə üzərinə götürdüyü öhdəliklərdən, beynəlxalq konvensiyaların üzərimizə qoyduğu öhdəliklərdən, “İnsan alverinə qarşı mübarizə haqqında” qanunundan və Cinayət Məcəlləsindən irəli gələn tələblər yerinə yetirilməkdədir:

 

“Bu sahədə Azərbaycanın əldə etdiyi nəticələr kifayət qədər müsbətdir. İnsan alverinə qarşı mübarizə özü-özlüyündə çox vacib bir sahədir. Ona görə ki, insanın mənəviyyatına, ləyaqətinə yönəlmiş cinayətlər çox ağır cinayətdir. Əlbəttə ki, bütün dünyada, Azərbaycanda insanı alçaldan, onun ləyaqətinə və heysiyyatına toxunan bu cinayətin profilaktikası, qarşısının alınması, cinayətkarların cəzasına çatdırılması və qurbanların psixologiyasına və mənəviyyatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində fəaliyyət çox vacibdir”.

 

Vitse-spikerin sözlərinə görə, təcrübə göstərir ki, Azərbaycan kifayət qədər müsbət işlər görüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”