Hündürmərtəbəli binada yanğın olub

02:05 06-02-2020 | icon 247 | Hadisə
Hündürmərtəbəli binada yanğın olub

Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.

 

Versus.Az xəbər verir ki, hadisə Babək prospektində yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində qeydə alınıb.

 

Binanın 14-cü mərtəbəsində yerləşən 4 otaqlı mənzildə alov mətbəxdə başlayıb. Evdə tək qalan uşaq əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməkliyi ilə xilas edilib. Mətbəxdəki yanan əşyalar dəhlizə çıxarılıb. Alovun qarşısı alınıb.

 

Baş vermiş hadisə ilə bağlı əraziyə FHN-in 4 texnikası və canlı qüvvəsi cəlb edilib. Azyaşlı isə həkim nəzarətinə götürülüb. Qonşuların verdiyi məlumata görə, hadisə vaxtı uşağın valideynləri evdə olmayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

Bərdədə kollec direktoru və müavini rüşvətə görə tutulub

HANI BU QANIN YİYƏSİ?!

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 11 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər