Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi keçiriləcək


Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Versus.Az xəbər verir ki, sərəncama əsasən, Təhsil Nazirliyi ADNSU-nun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayında ADNSU-nun fəaliyyətə başlamasının 100 illiyi tamam olur.
Xəbər lenti

Komitə sədri ilə RHİMİB sədri şəhid Əlimərdanın atası, xanımı və azyaşlı qızı ilə görüşüblər
Qənirə Paşayeva: "Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb"