FƏRƏC QULİYEVin seçicilərlə növbəti görüşü Qaraçuxurda keçirildi - FOTO

20:11 06-02-2020 | icon 131 | Foto&Video
FƏRƏC QULİYEVin seçicilərlə növbəti görüşü Qaraçuxurda keçirildi - FOTO

Seçicilər onu yenidən Parlamentdə görmək istədiklərini və bunun üçün ona səs verəcəklərini dedilər

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputatlığa namizəd Fərəc Quliyevin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində seçicilərlə daha bir görüşü keçirildi.

 

Versus.Az xəbər verir ki, Yusif Eyvazov küçəsində keçirilən görüşdə qəsəbənin “Şərq” və “Şimal” yaşayış sahəsinin sakinləri iştirak ediblər.


Əvvəlcə qəsəbə sakini Mustafa Ocaqverdiyev Fərəc Quliyevin deputat olduğu müddətdə sakinlər adından ona ünvanladığı çoxsaylı müraciətlər və həmin müraciətlərdə qaldırılmış qəsəbənin problemlərinə F.Quliyevin diqqətlə yanaşaraq, hər biri ilə bağlı ayrılıqda məşğul olması və əldə olunan nəticələr barədə danışdı. M.Ocaqverdiyev bu barədə onda olan rəsmi sənədlər və məktublarla sakinlərin tanış olduğunu və keçmiş fəaliyyətinə görə sakinlər adından ona təşəkkürlərini çatdırdı. O, bu seçkilərdə də seçicilərin F.Quliyevi dəstəkləyəcəklərini və onun qələbəsinə inandıqlarını bildirdi.


F.Quliyev təşəkkürə gərək olmadığını, sadalanan məsələlərin həllini öz borcu bildiyini vurğulayaraq, qeyd etdi ki, qəsəbənin bütün problemlərini tam mahiyyəti ilə bilir və elə ciddi problemlər var ki, heç sakinlərin müraciətləri olmadan belə həmin məslələrin həlli istiqamətində əlindən gələni edib.


Səmimi söhbətlərdə sakinlərlə ən müxtəlif istiqamətlərdə Azərbaycanın yürütdüyü dövlət siyasətinə F.Quliyevin verdiyi təkliflər və irəli sürdüyü konsepsiyalardan danışıldı, verilən suallar cavablandırıldı.


Çıxış edən sakinlərin hər biri F.Quliyevin bütün fəaliyyətini dəstəklədiklərini, onu yenidən Parlamentdə görmək istədiklərini və bunun üçün ona səs verəcəklərini bildirdilər.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

10 saylı Binəqədi 3-cü secki dairəsindən deputatlığa namizədlər BƏYANAT yaydı

"Bəzi dairələr buraxılacaq"

Çində koronavirusa yoluxanların sayı 68,5 minə çatıb

Münhendə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-müzakirələr keçirilib- VİDEO

Bakı milyonçusunun “Quran” oxuya bilməyən qızının taleyi necə dəyişdi? - FOTO

Mayk Tayson Uaylder – Fyuri görüşünün promoçarxını təqdim etdi - VİDEO

5 ölkə İrandan təcili kompensasiya ödəməyi tələb edib

Azərbaycanı təmsil edən idmançı Avropanın ən yaxşısı seçildi - FOTO

“Milyon da təklif etsələr, toyda aparıcılıq etmərəm”

Gürcüstanda rusiyalı turistlər qar uçqunu altında qalıb

Gəncədə şəhidimizin dəfn mərasimi keçirilir - FOTO - VİDEO - YENİLƏNİR

“57 saylı dairənin məntəqələrində baş verən seçki saxtakalığının ədalətli araşdırılmasını istəyirik” - VİDEO

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

Bakı Sumqayıt şossesində yol qəzası baş verib

 Qalib namizədlər  fəaliyyət planlarını açıqladı