"Neftçi" "Qarabağ"a rəqib deyil"

09:51 07-02-2020 | icon 103 | İdman
"Neftçi" "Qarabağ"a rəqib deyil"

"Qış fasiləsindən sonra komandaların tam forma yığmaları üçün 2-3 tur oynamağa ehtiyacları var. Bu baxımdan "Qarabağ" - "Neftçi" matçında istənilən nəticə qeydə alına bilər".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Musayev deyib.

Karyerası ərzində həm "Qarabağ", həm də "Neftçi"nin formasını geyinmiş 46 yaşlı mütəxəssis Premyer Liqanın XVI turunda baş tutacaq "Qarabağ" - "Neftçi" matçını dəyərləndirib. Seleksiyaçı-məşqçi baxımlı oyun arzuladığını söyləyib:

"Hər iki komandanın heyətində oynamışam. Amma "Neftçi"də həm uzun müddət çıxış etmişəm, həm də işləmişəm. "Neftçi" indi "Qarabağ"dan 8 xal geridə qalan komanda olmamalıdır. Çox istərdim ki, bu oyun futbol ictimaiyyətinə, azarkeşlərə zövq versin, qollar, həyəcan görək. Belə bir oyuna ehtiyacımız var. Çünki çempionat oyunlarına baxırsan, çox aşağı səviyyədə keçir. Heç olmasa, bu iki komandanın duelindən zövq ala bilək. Güclü qalib gəlsin".

 

Veteran futbolçu hələ mövsümün əvvəlindən "Qarabağ"ın çempionluğunun məlum olduğunu düşünür. O, hazırda heç bir klubun Ağdam təmsilçisinə rəqib olmadığı qənaətindədir:

"Neftçi" bu gün "Qarabağ"a rəqib deyil. Təəssüf ki, "Neftçi" də "Qarabağ"la rəqabət yarada bilmir və bu amil elə "Qarabağ"ın da ziyanınadır. Hələ mövsüm yeni başlayanda demişdim ki, "Qarabağ" şübhəsiz çempiondur. Ötən mövsüm "Neftçi" 5 xal öndə olarkən bu üstünlüyü qoruya bilmədi. Amma indi "Qarabağ" 8 xal öndədir və düşünürəm ki, turdan-tura daha da uzaqlaşa bilər. Etiraf edək ki, "Qarabağ" bütün komandalardan çox üstündür".

 

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu fevralın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. /apasport.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

10 saylı Binəqədi 3-cü secki dairəsindən deputatlığa namizədlər BƏYANAT yaydı

"Bəzi dairələr buraxılacaq"

Çində koronavirusa yoluxanların sayı 68,5 minə çatıb

Münhendə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-müzakirələr keçirilib- VİDEO

Bakı milyonçusunun “Quran” oxuya bilməyən qızının taleyi necə dəyişdi? - FOTO

Mayk Tayson Uaylder – Fyuri görüşünün promoçarxını təqdim etdi - VİDEO

5 ölkə İrandan təcili kompensasiya ödəməyi tələb edib

Azərbaycanı təmsil edən idmançı Avropanın ən yaxşısı seçildi - FOTO

“Milyon da təklif etsələr, toyda aparıcılıq etmərəm”

Gürcüstanda rusiyalı turistlər qar uçqunu altında qalıb

Gəncədə şəhidimizin dəfn mərasimi keçirilir - FOTO - VİDEO - YENİLƏNİR

“57 saylı dairənin məntəqələrində baş verən seçki saxtakalığının ədalətli araşdırılmasını istəyirik” - VİDEO

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

Bakı Sumqayıt şossesində yol qəzası baş verib

 Qalib namizədlər  fəaliyyət planlarını açıqladı