4 namizəd öz səsini HAFİZ HACIYEVİN xeyrinə vermək üçün çağırış edib - FOTO

21:22 07-02-2020 | icon 917 | Foto&Video
4 namizəd öz səsini HAFİZ HACIYEVİN xeyrinə vermək üçün çağırış edib - FOTO

"Dünən bardan çıxan, yaxud, parta arxasından duran uşağı deputat seçmək doğru olmazdı"

 

Bu gün 101 saylı Göygöl-Daşkəsən dairəsindən deputatlıga namizəd Hafiz Hacıyev seçicilərlə son görüşünü keçirib.

 

Versus.Az-ın məlumatına görə, deputatlığa namizəd Hafiz Hacıyev seçicilərin qarşısında çıxış edərək bildirib ki, deputatı xalq seçir.

 

Bununla bağlı kiməsə məhdudiyyət qoymağın mümkün olmadığından danışan H.Hacıyev bildirdi ki, xalq kimi istəyirsə, onu da seçəcək:

 

"Yaşlıdan da, gənc nəsildən də nümunə götürmək lazımdır. Bunların hər biri bir-birinə sintez olmalıdır. Dünən bardan çıxan və yaxud, parta arxasından duran uşağı gətirib harasa deputat seçmək doğru olmazdı. Çünki onun təcrübəsi yoxdur. Xalqımız kimə səs verəcəksə o da deputat seçiləcək. Azərbaycan demokratik dövlətdir. Bizim ölkəmizdə demokratik cəmiyyət formalaşıb. Cənab prezidentimizin bu demokratlaşma yolunda atdığı addımlar və göstərdiyi səylər düşünürəm ki, uğurla nəticələnəcək. Ona görə heç kimə qadağa qoya bilmərik ki, sən qocasan və ya cavansan. Xalq kimə çox səs verəcək, o da parlamentdə oturacaq. Ona görə də bu məsələlərdə səbirli və tolerant olmaq lazımdır. Pisdir deyib üzərinə getmək də düzgün olmaz".

 

Deputatlığa namizəd vurğulayıb ki, xalqın secimi əsasdır. Sakinlərə müraciətlə "9 fevralda doğru, düzgün namizədə səs verin, hər kəs məntəqələrə getsin ki, saxtakarlığın qarşısı alınsın"- deyə, H.Hacıyev çağırış etdi.

 

Qeyd edək ki, 101 saylı Göygöl Daşkəsən seçki dairəsindən 4 nəfər namizəd səslərini Hafiz Hacıyevin xeyrinə verəcəklərini bəyan ediblər.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

HANI BU QANIN YİYƏSİ?!

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

Sabah Bakıda hava çiskin olacaq

İrana gündəlik istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib