Seçicilər çağırdı, KÖNÜL İSMAYILOVA da gedib şikayətlərin dinlədi - VİDEO/FOTO

23:13 07-02-2020 | icon 108 | Foto&Video
Seçicilər çağırdı, KÖNÜL İSMAYILOVA da gedib şikayətlərin dinlədi - VİDEO/FOTO

"Dedilər ki, biz sizə inanırıq, gəlmisinizsə, demək bizi düşünürürsüz, səsimiz sizindir"

 

Müasir Musavat Pariyasının sədir müavini, 10 saylı Binəqədi 3-cü seçki dairəsindən deputatlığa namizəd Könül İsmayılova təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü davam edib.

 

Versus.Az-ın məlumtına görə, deputatlığa namizədin növbəti görüşü sakinlərin çağırışı əsasında keçirilib.

 

Belə ki, sakinlər birinci görüşdən bir neçə gün sonra yenidən onunla görüşməyi xahiş ediblər. Xanım namizəd seçicilərinin çağırışına gedərək onları dinləyib.

 

Könül İsmayılova şəxsi "Facebook" hesabında bu görüşlə bağlı təəssüratlarını bölüşüb:

 

 

"Bu gün növbəti görüşümüz Biləcəri qəsəbəsi ilə Binəqədinin kəsişməsindəki Məlik Aslanov 11-ci döngədə seçicilərimin çağırışına getdim. Ərazini gəzdikcə dəhşətə gəldim. İnsanlar bataqlıqda yaşayır. Sakinləri narazı salan kicik məmurların camaata bu qədər laqeyd yanaşması göz önündədir. Kifayət qədər problemlər var və məmurlar sakinlərin güzəranı ilə maraqlanmırlar.
Bu dairənin sakinləri cox əziyyət çəkirlər. Buradakı insanların səsləri hesabına illərdir parlamentdə fəaliyyətsiz oturan millət vəkili niyə maraqlanmayıb indiyədək?

Seçicilərlə hər bir görüşüm məni məyus edir, təssüflənirəm... Bu çarəsiz insanlara söz tapib inandırmaq, "məni seçsəniz belə olmayacaq" desəm də "o deputatı tanımadıq, siz də seçilən kimi yoxa cıxacaqsınız" dedilər… Çox məsələləri müzakirə etdik. Onlar mənim məramımı anladılar və dəstək verəcəklərini dedilər. Dedilər ki, biz sizə inanırıq, gəlmisinizsə, demək bizi düşünürürsüz, səsimiz sizindir".

 

   

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

10 saylı Binəqədi 3-cü secki dairəsindən deputatlığa namizədlər BƏYANAT yaydı

"Bəzi dairələr buraxılacaq"

Çində koronavirusa yoluxanların sayı 68,5 minə çatıb

Münhendə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-müzakirələr keçirilib- VİDEO

Bakı milyonçusunun “Quran” oxuya bilməyən qızının taleyi necə dəyişdi? - FOTO

Mayk Tayson Uaylder – Fyuri görüşünün promoçarxını təqdim etdi - VİDEO

5 ölkə İrandan təcili kompensasiya ödəməyi tələb edib

“Milyon da təklif etsələr, toyda aparıcılıq etmərəm”

Azərbaycanı təmsil edən idmançı Avropanın ən yaxşısı seçildi - FOTO

Gürcüstanda rusiyalı turistlər qar uçqunu altında qalıb

Gəncədə şəhidimizin dəfn mərasimi keçirilir - FOTO - VİDEO - YENİLƏNİR

“57 saylı dairənin məntəqələrində baş verən seçki saxtakalığının ədalətli araşdırılmasını istəyirik” - VİDEO

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

Bakı Sumqayıt şossesində yol qəzası baş verib

 Qalib namizədlər  fəaliyyət planlarını açıqladı