Günboyu halsızlığın SƏBƏBLƏRİ

02:09 08-02-2020 | icon 125 | Sağlamlıq
Günboyu halsızlığın SƏBƏBLƏRİ

Son zamanlar qəhvə, energetik içki, yeməklə belə özünü enerjili hiss etməyən, daim yorğun, əzgin olan insanların, xüsusən gənclərin sayı artır. Bu adamlar özünə bu sualı verir: Halım yoxdur, axı mənimlə nə baş verir.

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, sutkanın saatından asılı olmayaraq yorğunlunğun nəyə işarət etdiyi barədə məlumatı təqdim edir:
 
 
Bu banal bir yoxlamadır. Yorğun olan insan ilk növbədə nə qədər yatdığını, yuxu saatını xatırmalalıdır. Əgər siz sutkada 8-9 saatdan az yatırsızsa və bu aylardır davam edirsə, o zaman başqa səbəblərə keçməyin. Əgər insan 6 saat 15 dəqiqə belə yatırsa, bunu kifayət qədər hesab edirsə, səhv edir. Alimlər təsdiq edib ki, gündə 6 saat yatan insan özünü günboyu az da olsa yuxulu hiss edəcək. İndi gəlin görək 4-5 saat yatanların halı necə olmalıdır? Gecə yuxusunun norması 7-9 saatdır. Siz gərək sutkada 7-8-9 saat yatıb, sonra halınızı analiz edin.
 
 
İdman enerji verdiyi kimi ala da bilir
 
Əgər idman zalında günü keçən qadın, kişi özünü yorğun hiss edirsə, deməli idmanda normanı aşır. Faydalı məşq gündə 50 dəqiqədir. Həftəlik norma isə 150dəqiqədir. Əgər insan özünü yorğun hiss edirsə, deməli, o idmanda enerjisini tükədir. Ona görə məşqlər arası fasilə verib orqanizm dincəlməlidir. Əgər səbəbi bunda görürsüzsə, trenerə bu barədə deyin və yükü azaldın, o zaman vəziyyətə baxın.
 
 
Yeyib-içdiyinizin siyahısını yazıb incələyin
 
Qəbul etdiyiniz çay, içki, dərman belə szizi yorğun edə bilər. Əgər qidanızda zülal, yağ, karbohidrat yoxdursa, yorğunluq qaçılmazdır. Əgər normadan artıq içirsizsə, hətta pivə belə zəiflik, yuxululuq, yorğunluq gətirə bilir. İçdiyiniz dərmanların təlimatını oxuyun, orda əks təsirlər kimi əzginlik, yuxululuq və s. qeyd olunur. Ən adi dərman belə orqanizmi halsız edə bilər. Dərmandan şübhələnirsizsə, müalicə bitənə kimi dözün və ya həkimə yan təsirlər barədə məlumat verin, dərmanı dəyişin. Yeməyiniz zəifdirsə, o zaman balanslaşdırılmış, güclü qidalanmaya keçin. Vitamin, mikroelementlərin qəbuluna fikir verin.
 
 
Xəstəlikdən nə vaxt şübhələnməli?
 
Əgər yuxarıdakı səbəblər istinisnadırsa, qaydaya salandan sonra da vəziyyət düzəlmirsə, yorğunluğa səbəb olan daxili səbəb, yəni orqanik xəstəlikləri həkimlə birgə tapmağın vaxtıdır.
 
 
Hansı xəstəliklərdən şübhələnməli?
 
-Ümumi bir qan analizi verib, hemoqlobini yoxlatmaq. Anemiya, qanazlığı yorğunluğun birinci səbəbidir. Sizin toxuma və hüceyrələrinizdə oksigen çatışmır. Dİgər əlamətlərə diqqət: bənizin ağarması, əllərin soyuması, sarımtıl üz, təngnəfəslik, baş gicəllənmə. Sizdə dəmir çatışmazığı da ola bilər. Onu da xüsusi ferritin analizi ilə təyin edin.
 
- Qalxanvari vəzin disfunksiyası, hormonal pozğunluqlar Həm hipo, həm də hpertireoz yorğunluq verir.
 
 
-Nevroz,depressiya, psixoz – bu hallar da insanın gücünü azaldır. Depressiyada olan insan heş bir iş görmək istəmir. Əgər bütün analizlər normaldırsa, o zaman psixiatr və nevroloq müalicəsi almaq lazımdır.
 
-Xroniki yorğunluq sindromu və fibromialgiya – çox qarışıq bir diaqnozdur. Onu fərqləndirmək üçün peşəkar psixoloq və psixiatr lazımdır. İnsanda arzu, istək var, işə gedir, amma işlərini görməyə halı olmur. Səbəbsiz əzələ ağrıları da buna qoşulur.
 
 
Bütün bu hallarda masaj, yoqa, gimnastika, gəzinti, sakitləşdirici qəbulu, üzgüçülük, tənəffüs hərəkətləri yaxşı təsir edir. Həmçinin diabet, ürək, ağciyər xəstəlikləri, dağınıq skleroz, piylənmə, xərçəng kimi xəstəliklər də yorğunluqla başlayır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

HANI BU QANIN YİYƏSİ?!

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

Sabah Bakıda hava çiskin olacaq

İrana gündəlik istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib