Göygöldə deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yayılıb

23:18 09-02-2020 | icon 136 | Hadisə
Göygöldə deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yayılıb

Baş Prokurorluq Göygöldə deputatlığa namizədin vəkilinin qətlə yetirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

 

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, fevralın 9-da saat 19 radələrində 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevun həmin dairənin Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində 15-ə yaxın müşahidəçi və digər şəxslərin gözü qarşısında qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspetinin iştirakı ilə baxış keçirilib.

 

Sübhan Hacıyevin meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

 

İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin seçki məntəqəsindən dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.

 

Sübhan Hacıyev uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, xəstəliyi ilə əlaqədar 2 dəfə infarkt keçirmiş və təxminən 6 ay bundan əvvəl koronaroqrafiya (anju) əməliyyatı olunub.

 

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, sosial şəbəkələrdə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd Mövsüm Aslanovun vəkili Sübhan Hacıyevin Göygöl rayonu Molla Cəlili seçki məntəqəsində səslərin sayılması zamanı qətlə yetirilməsi barədə məlumatlar yayılıb.

 

Versus.Az

Xəbər lenti

MSK daha beş seçki məntəqəsində nəticələri etibarsız sayıb

"Baxış nəticəsində məlum olub ki, 16 protokol orijinal protokollarla eynilik təşkil edir"

İsmayıl Vəliyev Neftçala RİH başçısı vəzifəsindən azad edilib

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü olub

Bərdədə kollec direktoru və müavini rüşvətə görə tutulub

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 11 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

“Səslə bizi Xocalı! Cavanı, həm qocanı” - MUZEYDƏ TƏDBİR

Bu saxtakarlığın arxasında başqa hansı məmurlar var?

Sabahın hava proqnozu

Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək

Doktor Dulittlın heyrətamiz səyahəti filminin qapalı təqdimatı keçirildi

Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol xətti ilə axtarır

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər

Laçın və Kürdəmir sakinlərindən silah götürülüb

"Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü üçün iş aparılır"

Bakıda yerli məhsulların sərgisi keçirilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Tərtərin icra rəhbərliyi prezidentin sərəncamına niyə məhəl qoymur?

10 saylı Binəqədi 3-cü secki dairəsindən deputatlığa namizədlər BƏYANAT yaydı

64 il əvvəl -Şərqdə ilk televiziya 

Bakı Avropanın ən romantik şəhərləri reytinqində yer alıb

Prezident İlham Əliyevin Almaniyaya səfəri başlayıb

Dünyanın ən yaraşıqlı kişisi- Siyahı

Koronavirus: Bakıda 2 nəfər müalicə alır - Rəsmi

Mübariz Süleymanlı ömrünün 58-ci ilində

Əlabbas Məhərrəmlidən seçkilərin nəticələrinə etiraz

Hava şəraiti yollarda sürət həddini endirib

Bakı Şəhər İcra Hakimiyyətinə yeni mətbuat katibi təyin edilib

Çavuşoğlu və Lavrov Münhendə görüşəcəklər


Röya: “Brilliant məni qapıdan qovur” – VİDEO

Uşağın beynini gücləndirən qidaların – Siyahısı

Muzey əməkdaşları film çəkilişində iştirak ediblər