"Bu praktika gələcəkdə də istifadə edilməlidir"

07:16 10-02-2020 | icon 86 | Siyasət
"Bu praktika gələcəkdə də istifadə edilməlidir"

“Məcburi köçkünlərin seçkilərdə konstitusion hüquqlarından istifadə etməsinə çalışmışıq”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

 

Pənahov deyib ki, 1314 deputatlığa namizəddən 246 nəfəri partiyaların siyahıları ilə irəli sürülüb:

“Seçkilər dövründə MSK-ya cəmi 47 müraciət olub. Bu müraciətlərin yalnız 25-i qeydiyyatla bağlı olub. Seçkilərdə qeydiyyat mərhələsində elə bir gərginlik hiss olunmayıb”.

 

MSK sədri qeyd edib ki, MSK təşviqat mərhələsində sosial şəbəkələrdə namizədlərin təşviqatının nəzarətdə olmaması qərarına gəldi:

“Beynəlxalq təşkilatlar da bunu xüsusi vurğulayıblar. Sosial şəbəkələrdə fəallıq seçkilərdə də xüsusi fəallığa səbəb olub. Bu praktika gələcəkdə də istifadə edilməlidir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Prezidentdən mühüm FƏRMAN

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Prezident Administrasiyasını heçə sayan “Konstra” MKT-nın QURBANLARI

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlanıb - FOTO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

MMP sədri döyüş bölgəsində olub

Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

Ümrə ziyarətləri mərhələli şəkildə BAŞLAYIR