Dərmanların keyfiyyəti ilə yoxlamaların xəbərdarlıqsız aparılması təklif olunur

13:33 03-05-2018 | icon 186 | Sağlamlıq
Dərmanların keyfiyyəti ilə yoxlamaların xəbərdarlıqsız aparılması təklif olunur

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov obyektlərdə yoxlamaların xəbərdarlıqsız aparılmasını təklif edir.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında P.Əzizbəyov bildirib ki, nazirlik hazırda plandankənar yoxlamalar apara bilmir.

O qeyd edib ki, qanunvericiliyə əsasən plandankənar yoxlamalar yalnız şikayətlər, KİV-də gedən məlumatlar, o cümlədən dövlət orqanlarının müraciəti əsasında aparılır:

 

“Gələcəkdə yoxlamalarla bağlı qanunvericilikdə dəyişikliklər edilsə, yaxşı olar. Hazırda aparılan yoxlamaların effekti olmur, çünki yoxlama gedərkən xəbərdarlıq edilir, sonra yoxlamalara başlanılır. Bu müddətdə də sahibkar müvafiq tədbirlər görür, ona görə də obyektə gedəndə nəticə olmur. Bununla bağlı Səhiyyə Nazirliyi də təkliflər hazırlayacaq ki, yoxlamalar xəbərdarlıqsız həyata keçirilsin”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS