Kriştianu Ronaldonun rekordu qırılıb

09:33 10-02-2020 | icon 147 | İdman
Kriştianu Ronaldonun rekordu qırılıb

İspaniya La Liqasının XXIII turu “Real”ın tarixinə yeni rekordçunun düşməsi ilə əlamətdar olub.

 

Versus.Az Apasport.az-a istinadən xəbər verir ki, “Osasuna” üzərində 4:1 hesablı səfər qələbəsinə məhsuldar ötürmə ilə töhfə verən Kərim Benzema Madrid təmsilçisinin heyətində 132-ci assistini rəsmiləşdirib.

 

2009-cu ildə “Lion”dan transfer olunan fransalı bu göstəricidə klub tarixinin rekordunu yeniləyib. O, Kriştianu Ronaldonu (131) arxada qoyub.

 

Bu qələbə Zinəddin Zidanın La Liqada “Real”la 88-ci uğuru olub. 2016-18-ci illərdə çalışdığı komandaya ötən ilin əvvəlində qayıdan mütəxəssis bu göstəricidə portuqaliyalı Joze Mourinyonu (87) keçib.

 

Qələbədə qolla pay sahibi olan Serxio Ramos isə “Real”ın heyətində 90-cı qolunu vurub. 2004-cü ildə “Sevilya”da oynadığı vaxt qol hesabını açan müdafiəçi son 17 təqvim ilində qol sevinci yaşayan yeganə futbolçudur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Səni bu günə kim salıb, Yardımlı?..

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

BSU-nun rektoru, professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub

Bakıda 2-ci İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Hava yağıntılı olacaq

Azərbaycan Ombudsmanı bəyanat yayıb