TALEH ŞAHSUVARLI yazır:

Bəzilərini bir üzəcəm, bir üzəcəm ki, ancaq cəcəkləri qalacaq

11:06 11-02-2020 | icon 734 | Köşə
TALEH ŞAHSUVARLI yazır:
Bəzilərini bir üzəcəm, bir üzəcəm ki, ancaq cəcəkləri qalacaq

Mənim anlayışlarım ənənəvi siyasətçi anlayışlarından fərqlənir. Elə buna görə də mən heç zaman siyasətçi olmayacam. Siyasətçi odur ki, düşmənini dosta çevirsin, müəyyən mərhələdə onunla addımlasın, sonra ilk fürsətdə başını kəssin... Mən bunu bacarmıram.

 

Xalqımızın çox gözəl sözü var, deyir qarı düşmən (qarılar öpülüb, qapılar bağlanandan sonra ağlınız ayrı yerə getməsin) dost olmaz. Mən dostlarımın daha çox dost, düşmənlərimin (hərçənd ermənilərlə işbirliyinə girənlərdən savayı kiməsə düşmən gözü ilə baxmıram bu ölkədə) daha çox düşmən olmasını istəyirəm. O anda ki, həqiqət mənimlədir, mən onu dədəmə də vermərəm. Hər kəs bu seçkidə qazandığı dostlardan danışır, mənim bu barədə danışmağa ehtiyacım yoxdur, məndə qalsın.

Odur ki, qazandığım yox, sınadıqlarımın bəzilərindən danışacam:

 

1) "Dobro" almaq ehtimalı qarşısında seçki kampaniyama 100 minlər xərcləməyə hazır adamlar vardı, biri də halımı xəbər almadı. Nə etdimsə öz gücümə, dar günlərimin dostlarının yardımı ilə etdim. Var olaq!

 

2) Üst-üstə əleyhimə (gördüyüm qədər) tanıdığım 2-3 adam təbliğat apardı. O adamlardan biri qardaşının qayınatasını pul üstündə şikayət eləmiş, hər gün polisi, prokurorluğu şantaj edən Səfər Cavadov adlı bir dələduzdur. Eşitdiyimə görə, Cəlilabadda mağaza açıb qardaşı, pulu basıb yeyib, "Sədərək"dəki topdansatışlara borclu qalıb, atıb qaynatasının boynuna. Sonra bunların ataları ölüb (Allah rəhmət eləsin), indi də bu düşüb Cəlilabadın prokurorun üstünə ki, atam sən şikayəti düzgün araşdırmadığın üçün keçinib. O dələduz vaxtilə AXCP GK-da idi, eşitdiyimə görə, "suka" olduğu üçün oradakı uşaqlar onu dışlayıblar. Elə gədələrin mənim əleyhimə çıxmasından qürur duyuram.

 

Başqa biri məşhur Allahverdi idi. Ondan incimirəm, gözləmirdim də. Bu dünyaya necə gəlibsə, eləcə də gedəcək. Sağlıq olsun!

 

Üçüncüsi Elçin Əlixan adlı "Milli.az"da çalışan bir müxbir idi. Onu 2010-dan tanıyıram. Tələbə idi, redaksiyaya praktikaya gəlmişdi, iş tapşırdım, yarıtmadı, dedi "məndən heç zaman jurnalist olmaz", mən də dedim get rayona, dincəl, istirahət elə, axırda gələrsən, möhür vuracam sənədinə gedərsən. Bİr neçə uşaq idilər, hamısına kömək elədim. İstedadsızlığının travmasını yaşayır məni görəndə, başa düşürəm. Onun səhv eləmək haqqı var, cavandır. Ömrü uzun olsun, arzu edirəm ki, mənim yaşıma mənim qədər dürüst yaşayaraq çatsın.

 

3) Redaksiyamızda biri vardı, istedadlı idi, BDU-nun jurnalistika fakültəsində kəsirə qalmışdı. Bütün redaksiya şahiddir ki, 1 il onun əvəzinə mən "oxudum". Sosial şəbəkələrdə senzuradan kənar ifadələrlə yazdığı üçün dəfələrlə xəbərdarlıq elədim, məsləhət verdim ki, olmaz. Nəhayət gördü mənim əxlaqımla bunun qeyri-etik leksikonu uzlaşmır, getdi. Gedən kimi də başladı "söz atmağa", "gül"ünü də seçki kampaniyası zamanı vurdu. Canı sağ olsun, balıq bilməsə də, "xalıq" bilər.

 

4) Bir neçə dost bildiyim, çörək kəsdiyim insan vardı, digər həmkarlarımın adını "tag" edib, məni qəsdən "unutdular", guya birdən görüb deyərdilər ki, "bu da Əli Həsənova yaxındır". Hətta başqa eyhamlı statuslar yazanlar da oldu, üstündən keçirəm. Onlar şəxsi maraqları üçün Əli Həsənovun kabinetinin qabağında da yox, İdarəçilik Akademiyasının qarşısındakı dayanacaqda boyun bükəndə, tam səmimiyyətlə deyirəm, mən Əli müəllimin PA-da necənci mərtəbədə oturduğunu belə bilmirdim. Əli müəllim sağdır, kim istəyirsə soruşa bilər, bir dəfə ondan sırf şəxsi planda nə isə xahiş etmişəmmi? Əsas fərqlərdən biri də budur!

 

5) Nəhayət, bu seçkidə iki nəfərin hər şeyə rəğmən aramızdakı həmkarlıq səmimiyyətinə sadiq qaldığını gördüm. Evez Zeynallinın və Zahir Azamat in. Zahir Ziyad Səmədzadə ilə qohumluq əlaqəsinə malik olmasına rəğmən, nəinki bütün münasibətləri qorudu, hətta bir az da dərinləşdirdi.

 

Unutmayın, bu dünyada haqq nazilir, amma üzülmür. Mən heç zaman üzülənlərdən olmamışam!!! Amma bəzilərini bir üzəcəm, bir üzəcəm ki, ancaq cəcəkləri qalacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

10 saylı Binəqədi 3-cü secki dairəsindən deputatlığa namizədlər BƏYANAT yaydı

"Bəzi dairələr buraxılacaq"

Çində koronavirusa yoluxanların sayı 68,5 minə çatıb

Münhendə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-müzakirələr keçirilib- VİDEO

Bakı milyonçusunun “Quran” oxuya bilməyən qızının taleyi necə dəyişdi? - FOTO

Mayk Tayson Uaylder – Fyuri görüşünün promoçarxını təqdim etdi - VİDEO

5 ölkə İrandan təcili kompensasiya ödəməyi tələb edib

“Milyon da təklif etsələr, toyda aparıcılıq etmərəm”

Azərbaycanı təmsil edən idmançı Avropanın ən yaxşısı seçildi - FOTO

Gürcüstanda rusiyalı turistlər qar uçqunu altında qalıb

Gəncədə şəhidimizin dəfn mərasimi keçirilir - FOTO - VİDEO - YENİLƏNİR

“57 saylı dairənin məntəqələrində baş verən seçki saxtakalığının ədalətli araşdırılmasını istəyirik” - VİDEO

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

Bakı Sumqayıt şossesində yol qəzası baş verib

 Qalib namizədlər  fəaliyyət planlarını açıqladı