İqbal Ağazadə topladığı səsləri açıqladı: Rauf Arifoğlu niyə açıqlamır?..

11:19 11-02-2020 | icon 285 | Siyasət
İqbal Ağazadə topladığı səsləri açıqladı: Rauf Arifoğlu niyə açıqlamır?..
Mərkəzi Seçki Komissiyasının fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələri ilə bağlı açıqladığı siyahıda 35 saylı Xətai üçüncü seçki dairəsi yer almayıb. MSK təbliğat dövründə gərgin seçki rəqabətinin getdiyi 35 saylı dairə üzrə nəticələrin hansı səbəbdən açıqlanmamasına aydınlıq gətirməyib. Bununla belə, Məzahir Pənahovun gecə saatlarında verdiyi açıqlamada bildirmişdi ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən MSK-ya ciddi iradlar daxil olub:
 
"33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü seçki dairələrindən bizə ciddi iradlar daxil olub. Bu dairələri gecikdirmədən araşdıracağıq”.
 
 
Qeyd edək ki, exit-poll nəticələrinə əsasən 35 saylı dairədən Rauf Arifoğlu deputat seçilib. Məhz bu nəticələri əsas götürərək, Rauf Arifoğlu və tərəfdarları dünən axşam qələbəsini bayram edirdi.
 
 
Amma Arifoğlunun rəqibi, Ümid Partiyasının sədri İqbal Ağazadə nəticələrin biabırçı şəkildə saxtalaşdırılmasından şikayətlənərək, MSK-dan seçkiləri ləğv etməyi tələb edirdi. Kanal 13 internet kanalına verdiyi müsahibəsində böyük səs fərqi ilə qələbə qazandığını bildirən partiya sədri seçki nəticələri ilə bağlı əllərində kifayət qədər videogörüntülərin olduğunu bildirmişdi.
 
 
Görünür, məhz elə bu səbəbdən də MSK bu seçkilərdə bütün ölkə boyu məşhurlaşan 35 saylı dairə üzrə qərar verməyə tələsmir.
 
 
Maraqlıdır ki, seçki vaxtı intensiv təbliğat aparmağı ilə diqqət çəkən Rauf Arifoğlunun seçki qərargahı məntəqələr üzrə səsvermənin nəticələrini hələ də açıqlamayıb. Bu gün Rauf Arifoğlu tərəfindən yayılan açıqlamada da nəticələrlə bağlı konkret bir söz deyilməyib:
 
"Seçki qərargahımızdakı məlumatlar göstərir ki, mən ən yaxın rəqibimi bir neçə minlik səs fərqi ilə üstələmişəm. Biz bu nəticə üçün gecə-gündüz, soyuq-qar demədən, çalışdıq! Dürüstlüyümüzə, əvvəldən sona qədər, bütün prosesi şəffaf və halal apardığımıza əminik. Buna görə də hər hansı araşdırma bizim maraqlarımıza uyğundir. Belə bir addım qələbəmizin legitimliyini daha da möhkəmləndirəcək”.
 
 
Amma qarşı tərəfin seçki qərargahından sızan məlumatlara görə, İqbal Ağazadə 35 saylı dairənin 30 seçki məntəqəsinin 19-da böyük səs fərqi ilə qalib gəldiyini bildirir.
 
 
Həmin nəticələri məntəqələr üzrə təqdim edirik:
 

1. İqbal Ağazadə 310, Rauf Arifoğlu 25

2. İqbal Ağazadə 240, Rauf Arifoğlu 15

3. İqbal Ağazadə 212, Rauf Arifoğlu 32

4. İqbal Ağazdə 201, Rauf Arifoğlu 10

6. İqbal Ağazadə 144, Rauf Arifoğlu 9

7. İqbal Ağazadə 131, Rauf Arifoğlu 108

8. İqbal Ağazadə 220, Rauf Arifoğlu 44

9. İqbal Ağazadə 150, Rauf Arifoğlu 102

10.İqbal Ağazadə 144, Rauf Arifoğlu 50

11. İqbal Ağazadə 166, Rauf Arifoğlu 5

12. İqbal Ağazadə 168, Rauf Arifoğlu 12

13. İqbal Ağazadə 175, Rauf Arifoğlu 17

17. İqbal Ağazadə 290, Rauf Arifoğlu 37

18. İqbal Ağazadə 192, Rauf Arifoğlu 20

20. İqbal Ağazadə 158, Rauf Arifoğlu 30

26. İqbal Ağazadə 158, Rauf Arifoğlu 25

27. İqbal Ağazadə 197, Rauf Arifoğlu 9

28. İqbal Ağazadə 116, Rauf Arifoğlu 6

29. İqbal Ağazadə 73, Rauf Arifoğlu 29

 
 
Qeyd edək ki, məntəqələr üzrə namizədlərin nə qədər səs topladığını sosial şəbəkələr üzərindən öyrəndiyimizdən təqdim etdiyimiz nəticələr İqbal Ağazadə və Rauf Arifoğlunun seçki qərargahlarının açıqladığı rəqəmlərdən fərqli də ola bilər. Lakin, İqbal Ağazadənin tərəfdarlarından fərqli olaraq Rauf Arifoğlunun tərəfdarlarının məntəqələr üzrə nəticələri yaymaması ancaq və ancaq birincinin qalib gəlməsi ilə izah oluna bilər.
 
 
Yeri gəlmişkən, xatırladaq ki, seçki təbliğatı dövründə geniş ictimaiyyətin diqqətində olan 35 saylı Xətai üçüncü seçki dairəsi ilə bağlı keçirilən virtual sorğularda da İqbal Ağazadə Rauf Arifoğlunu böyük səs fərqi ilə geridə qoyurdu… /miq.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

Bərdədə kollec direktoru və müavini rüşvətə görə tutulub

HANI BU QANIN YİYƏSİ?!

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 11 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər