"Özümüzü elə həkimlərdən qorumalıyıq"

15:42 04-05-2018 | icon 197 | Cəmiyyət
"Özümüzü elə həkimlərdən qorumalıyıq"

"Telekanallarda elə həkimləri reklam edirlər ki, onların səviyyəsi ortadan da aşağıdır".

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib:

 

"Elə xəstəliklərin müalicəsini reklam edirlər ki, o xəstəlikləri poliklinikada da müalicə etmək mümkündür: “Özlərini elə göstərirlər ki, sanki Azərbaycan əhalisinin sağlamlığı bunların əlindədir, bunlar bir nömrəli kilinikalardır. Onlara bu statusu kim verib?”

 

Deputat bildirib ki, bu cür hallara qarşı tədbirlər görülməlidir.

 

Milli Məclisin deputatı Çingiz Qənizadə də televiziya kanallarında həkim və dərmanların reklamına qarşı çıxıb. Deputat deyib ki, həkimlərin və dərmanların televiziya kanallarında kortəbii reklamına yol vermək olmaz:

 

“Özümüzü elə həkimlərdən qorumalıyıq. Nə qədər telekanallarda həkimlərin reklamını etmək olar? Hələ bu azmış kimi, artıq telefonlar vasitəsilə də insanları cəlb etməyə çalışırlar. Televiziya kanallarında dərmanların təbliği və reklamına yol vermək olmaz”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”