"Tərtər Seçki Dairəsi də nəzarətə alınmalıdır"

15:40 11-02-2020 | icon 255 | Siyasət
"Tərtər Seçki Dairəsi də nəzarətə alınmalıdır"

Qələndər Muxtarlı: "Tamilla Qulaminin əlində seçkinin nəticələrini ləğv edəcək kifayət qədər video-sənəd var"

 

Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı MSK sədri Məzahir Pənahova müraciət ünvanlayıb.

 

Versus.Az həmin müraciəti təqdim edir:

 

"Məzahir Pənahov!


Tərtər uğrunda şəhid olan şəhidimizin övladı namizəd kimi hətta öz kəndində Sahib Alıyeva uduzdurulur. (Səhləbad kəndi - Ziya Mahmudov) Bu siyasətin arxasında kimlər var? Sizcə bu sıradan bir hadisədirmi? O Sahib Alıyevdən söhbət gedir ki, əhali onun neçə illərdi səsini eşitmədi, fəaliyyətini görmədi və Tərtərdən qovdu.


Tərtərdə seçkiyə qatılan 12 nəfər deputatlığa namizəd özlərini təbliğ edərkən seçicilərinə vəd verirdilər ki, narahat olmayın, siz səsinizi verin, arxasında duracağıq. Seçki abırsız bir saxtakarlıqla bitib. Faktlar ortada. Amma namizədlərdən bir nəfər Tamilla Qulami istisna olmaqla, heç kimdən səs çıxmır. Əslində görünən və bəlli olan budur ki, bu namizədlərin çoxu saxtakarlığa, Tərtərin saf, qəhrəman əhalisinə namərdcəsinə xəyanət edərək illərdir seçkini saxtalaşdıran ermənidən də təhlükəli "kimsələrə" dəstək, kömək olmaq üçün namizəd olublar. Bu halı Tərtər torpağının övladlarına heç yaraşdırmadım. Tamilla xanımın əlində kifayət qədər video sənəd var ki, seçkinin nəticələrini ləğv etməyə kifayət edər.


Amma bəs digər namizədlər niyə eyni fədakarlığı göstərmir? Nə baş verdi?


Azərbaycan cəmiyyətinə Balayandan da təhlükəli zədələr vuran Tərtər rayon Dairə Seçki Komissiyasının sədri Həmid Mehdiyevin fəaliyyəti araşdırılmalı və məsuliyyətə alınmalıdı. Ən azından 20 ildən artıq bir dövrdə Tərtərdə xalqa seçim imkanı vermədiyi üçün. Biz bu işləri həll etməliyik.

 

Dövlət başçısının elan etdiyi siyasi kursa bilərəkdən müdaxilə etdiyi və rayon rəhbərliyi ilə birlikdə növbəti dəfə total seçki saxtakarlığına yol verdiyinə görə. Həmid Mehdiyev və digərləri layiq olduğu cəzanı mütləq almalıdırlar. İzah verilməldir ki, hakim partiyanın namizədi olmadığı halda Tərtərin heç bir dövründə bu yurda aidiyyatı olmayan birisi - Sahib Alıyev nədən bu qədər səs almalıdır? Onu qəsdən bu yurdun namizəd edib insanları dövlətdən, hakimiyyətdən, öz həyatlarından küsdürməkdə maraqlı olanlar kimlərdir? Necə olur ki, Tərtər uğrunda Şəhid olan Şəhidimizin övladı öz kəndindən Sahib Alıyevdan az səs alır? Necə olur ki, Tərtərin müdafiəsində qəhrəmancasına döyüşən şəhid olan kişilərin övladları öz yurdlarının əhalisinin namizədi kimi onları təmsil edə bilmirlər?

 

Amma biz dəqiq bilirik ki, bu iyrənc siyasətin arxasında hansı niyyətlər durur. İnsanları alçaldan siyasətin memarları kimlərdir, artıq hamı hər şeyi bilir və görür.


Tərtərdə seçki saxtakarlığını sübut edən faktlara hüquqi qiymət verilməli və seçkinin nəticələri ləğv edilməlidir!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

Bərdədə kollec direktoru və müavini rüşvətə görə tutulub

HANI BU QANIN YİYƏSİ?!

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 11 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər