BDU-da mükafatlandırıldılar

16:03 04-05-2018 | icon 265 | Təhsil
BDU-da mükafatlandırıldılar

Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş futbol yarışlarının qaliblərinin təntənəli mükafatlandırılma mərasimi keçirilib.

 

Universitetin Mətbuat və informasiya şöbəsindən Versus.Az-a verilən məlumata görə, tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını xatırladaraq onun dövlətçilik fəaliyyətində təhsilə xüsusi önəm verdiyini, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Artıq bir aydan çoxdur ki, universitetdə ulu öndərin xatirəsinə həsr olunmuş müxtəlif idman növləri üzrə turnir və futbol yarışlarının keçirildiyini bildirən rektor Abel Məhərrəmov yarışlarda universitetin 17 fakültəsinin təmsil olunduğunu qeyd edib.

Ulu öndərin anadan olmasının ildönümünə həsr edilən futbol çempionatında birinci yeri tarix, ikinci yeri mexanika-riyaziyyat, üçüncü yeri isə geologiya və tətbiqi-riyaziyyat fakültələrinin tələbələri tutub.

Qaliblərin mükafatlandırılması mərasimindən sonra tədbir konsert proqramı ilə başa çatıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi